» » İlham Əliyev məhkəmə sədri ilə görüşdü

İlham Əliyev məhkəmə sədri ilə görüşdü

Bölmə: Siyasət, BLOK XƏBƏR
İlham Əliyev məhkəmə sədri ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Xalqinfo” xəbər verir ki, ikitərəfli münasibətlərimizin bütün sahələrdə yüksək səviyyədə olduğunu qeyd edən dövlət başçısı Azərbaycan ilə Türkiyənin müttəfiq, dost və qardaş ölkələr olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində də inkişaf etdiyini vurğulayan dövlət başçısı Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində mühüm məsələlərin müzakirə ediləcəyini və bu sahədə əməkdaşlığımızın iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə böyük töhfə verəcəyini dedi.

Bu yaxınlarda Türkiyəyə səfərini xatırlayan İlham Əliyev Dünya Humanitar Sammitinin ilk dəfə İstanbulda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Prezident ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemi sahəsində də daha da inkişaf etdirilməsinin önəmini qeyd edib.

Azərbaycana son dəfə 2010-cu ildə səfər etdiyini və ötən dövr ərzində Bakının tamamilə dəyişdiyini, yeni bir şəhərə çevrildiyini vurğulayan Zühtü Arslan əldə olunan nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. Zühtü Arslan Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə yüksək əlaqələrin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin məhkəmə və hüquq sistemi sahəsində də davam etdirilməsinin zəruriliyini qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler