» » Qənirə Paşayeva Səudiyyə Ərəbistanı millət vəkilləri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Səudiyyə Ərəbistanı millət vəkilləri ilə Qarabağdan danışıb

Bölmə: Siyasət, MANŞET
Qənirə Paşayeva Səudiyyə Ərəbistanı millət vəkilləri ilə Qarabağdan danışıbMilli Məclis deputatı Qənirə Paşayeva Səudiyyə Ərəbistanı millət vəkilləri ilə görüşüb. İnterAz xəbər verir ki, görüş zamanı Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.

Xalqinfo.az İnteraz-a istinadən bildirir ki ,Azərbaycan parlamentinin Səudiyyə Ərəbistanı ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.

Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Qənirə Paşayeva Daglıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumat verib.

Qənirə Paşayevagörüş zamanı Səudiyyə Ərəbistanı nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Qənirə Paşayeva Səudiyyə Ərəbistanı nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib və onları Azərbaycana dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Səudiyyə Ərəbistanı millət vəkilləri Q.Paşayevaddan Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, azərbaycanlı məcburi köçkünlərlə bağlı daha geniş məlumatlar istəyib və fikir mübadiləsi aparılıb. Səudiyyə Ərəbistanı millət vəkilləri Azərbaycanı gəlməkdən böyük məmuniyyət duyacağını deyib və Azərbaycanla Parlamentlərarası əməkdaşlığın inkişafı üçün səylərin artıracaqlarını deyiblər.

Görüşün sonunda Qənirə Paşayeva onlara müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “Xocalı soyqırımı şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.



Jalə Hüseynova


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler