» » Bu gün yaz sessiyası başa çatır

Bu gün yaz sessiyası başa çatır

Bölmə: Siyasət
Bu gün yaz sessiyası başa çatır
Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclasıdır.


“Xalqinfo” xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib. Bunlar -"Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin təsdiq edilməsi barədə, "Beynəlxalq Valyuta Fondu haqqında Saziş"in maddələrinə Fondun İcra Şurasında islahatlara dair təklif olunan dəyişikliklər"in təsdiq edilməsi, "Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında" Sazişin təsdiq edilməsi , "Su təchizatı və tullantı suları haqqında" , Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi , İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" , Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar " Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında" , Vergi Məcəlləsində dəyişikliklər edilməsi, "Büdcə sistemi haqqında", "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" , "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisinin bu il növbədənkənar xüsusi sessiyasının keçirilməsi barədə qərar qəbul olunub. Xüsusi sessiya yaz sessiyasının ardınca - iyun ayında olacaq. Sessiya ərzində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclasın da keçirilməsi planlaşdırılıb.qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler