» » Heydər Əliyevin xatirəsi Aktauda da yad edilib

Heydər Əliyevin xatirəsi Aktauda da yad edilib

Bölmə: Siyasət, MANŞET
Heydər Əliyevin xatirəsi Aktauda da yad edilibAzərbaycanın Aktaudakı baş konsulluğu xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə silsilə tədbirlər təşkil edib.


Xalqinfo.az Azertag.az-a istinadən bildrir ki,belə tədbirlərdən biri Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin, Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyasının üzvlərinin, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələrinin iştirakı ilə keçirilib.

Baş konsulluğun rəhbəri Elxan Zeynalov çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətləri haqqında danışıb. O, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin böyük nailiyyətlər qazandığını diqqətə çatdırıb.

Azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev, diaspor üzvlərindən professor Yusif Quliyev, istefada olan mayor Bəxtiyar Məsimov, iş adamı Samir Quliyev çıxışlarında ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıblar.

Tədbirdə Ulu Öndərin Azərbaycanda ordu quruculuğu sahəsindəki xidmətlərindən bəhs edən sənədli film göstərilib.

Baş konsulluq tərəfindən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində və Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində tədbirlər təşkil olunacaq. Həmin universitetlərdə təhsil alan tələbələrə Heydər Əliyev adına birdəfəlik təqaüdlər veriləcək, həmçinin Aktau şəhərindəki 6 saylı məktəbdə fəaliyyət göstərən Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin tədrisi üzrə Bazar Günü Məktəbində Ümummilli Liderə həsr olunan şeir müsabiqəsinin yekunları ilə bağlı tədbirlər keçiriləcək.

Heydər Əliyevin xatirəsi Aktauda da yad edilib
Heydər Əliyevin xatirəsi Aktauda da yad edilib
Heydər Əliyevin xatirəsi Aktauda da yad edilib
Heydər Əliyevin xatirəsi Aktauda da yad edilib
Heydər Əliyevin xatirəsi Aktauda da yad edilib
Heydər Əliyevin xatirəsi Aktauda da yad edilib
Heydər Əliyevin xatirəsi Aktauda da yad edilib
















































































































Kainat Şirin


Xalqinfo.az



















Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler