» » Xalq Putinin prezidentlik fəaliyyətinə qiymətləndirib - SORĞU

Xalq Putinin prezidentlik fəaliyyətinə qiymətləndirib - SORĞU

Bölmə: Siyasət, Dünya, MANŞET
Xalq Putinin prezidentlik fəaliyyətinə qiymətləndirib - SORĞURusiya vətəndaşlarının prezident Putinin son illərdə ən çox bəyəndikləri qərarı Suriyada hərbi əməliyyatların aparılmasıdır.


Xalqinfo.az APA-nın “lenta.ru”-ya istinadən verdiyi məlumata əsasən bildirir ki, bu barədə “İctimai fikir” fondunun apardığı sorğunun nəticəsində məlum olub.

Sorğu Rusiyanın 104 yaşayış məntəqəsində 1500 respondent arasında keçirilib.

Sorğu iştirakçılarının 8 faizi Rusiya prezidenti Vladimir Putinin rəsmi Dəməşqə hərbi əməliyyatlarda yardım göstərmək qərarını bəyənib. 7 faiz respondent onun Krımı Rusiyaya birləşdirmə qərarını və inkişafı ilə bağlı fəaliyyətini doğru hesab edib. Sorğu iştirakçılarının 5 faizi prezidentlə son canlı bağlantını yüksək qiymətləndirib. Ölkənin sosial siyasətini və beynəlxalq arenadakı mövqeyini də 5 faiz respondent bəyənib.

Prezidentin Ukrayna siyasətini 3 faiz, Türkiyə ilə münasibətlərini isə 1 faiz insan düzgün hesab edib.

Rusiya prezidentinin 2012-ci ildə təkrar seçilməsindən sonra 2000-ci illərlə müqayisədə respondentlərin 38 faizinin Putin barədə fikri müsbətə doğru dəyişib, 42 faiz respondentin fikri isə dəyişməz olaraq qalıb.

Sorğu iştirakçılarından 2/3-si hesab edir ki, ölkə prezidentinin fəaliyyəti onların gözləntilərinə cavab verir, 38 faizi isə hesab edir ki, Rusiyada müsbətə doğru ciddi dəyişikliklər Putinin sayəsində baş verir.











Kainat Şirin




Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler