» » Nazir türkiyəli baş komandanla görüşdü - FOTOLAR

Nazir türkiyəli baş komandanla görüşdü - FOTOLAR

Bölmə: Siyasət, MANŞET
Nazir türkiyəli baş komandanla görüşdü - FOTOLARMayın 5-də Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Jandarma Qüvvələrinin Baş komandanı, ordu generalı Qalip Mendinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xalqinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyində qəbul edilən türkiyəli general protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq regiondakı hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat verib, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Ölkəmizə ilk səfərindən məmnunluğunu bildirən ordu generalı Q.Mendi dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu xüsusi qeyd edib.

Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin perspektivləri, hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Nazir türkiyəli baş komandanla görüşdü - FOTOLAR
Nazir türkiyəli baş komandanla görüşdü - FOTOLAR
Nazir türkiyəli baş komandanla görüşdü - FOTOLAR














































Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler