» » Əli Həsənov yapon şirkətlərini Cənub Qaz Dəhlizində iştiraka çağırdı

Əli Həsənov yapon şirkətlərini Cənub Qaz Dəhlizində iştiraka çağırdı

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Əli Həsənov yapon şirkətlərini Cənub Qaz Dəhlizində iştiraka çağırdı

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiya şirkətlərini Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsində iştirak etməyə çağırıb.

Xalqinfo” "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Ə. Həsənov Yaponiyanın “Jiji Press” nəşrinə müsahibəsində deyib. "Azərbaycan yapon şirkətlərinin Xəzər dənizində fəaliyyətlərini genişləndirəcəyinə ümid edir", - deyə prezidentin köməkçisi bildirib.

Cənub Qaz Dəhlizi "Şahdəniz" yatağının işlənməsi üzrə "Mərhələ-2" çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Trans-Anadolu qaz kəmərinin (TANAP) və Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler