» » “Aztelekom”a yeni rəhbər təyin edildi

“Aztelekom”a yeni rəhbər təyin edildi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Aztelekom”a yeni rəhbər təyin edildi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub. “Xalqinfo” “APA-Economics”ə istinadən xəbər verir ki, Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə gətirilib. Qeyd edək ki, S. Paşayev buna qədər “Rcom” şirkətinin baş direktoru vəzifəsini tutub. Xatırladaq ki, bu təyinata qədər “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov olub. M. Məmmədov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən “Aztelekom”un baş mühasibi Oqtay Rüstəmov də saxlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler