» » Zakir Həsənov ölkəmizdəki səfiri ilə görüşüb

Zakir Həsənov ölkəmizdəki səfiri ilə görüşüb

Bölmə: Siyasət, MANŞET
Müdafiə Nazirliyi məlumat yaydı.
Zakir Həsənov ölkəmizdəki səfiri ilə görüşüb Martın 4-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Mohamed Gamil ilə görüşüb.

Xalqinfo.az bildirir ki , bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Məlumata əsasən, müdafiə naziri Azərbaycan ilə Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və genişləndiyini qeyd edib. Nazir regiondakı hərbi-siyasi vəziyyətlə bağlı məlumat verərək Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Görüşdə, yaxın vaxtlarda Misir Ərəb Respublikasının güc strukturlarının geniş tərkibli nümayəndə heyətinin ölkəmizə gözlənilən səfəri, keçiriləcək danışıqlarda təhlükəsizlik və müdafiə sahəsində müzakirələrə dair tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.





Kainat Şirin


Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler