» » “Onlar prezidentin etibarını itirmişdilər”

“Onlar prezidentin etibarını itirmişdilər”

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Onlar prezidentin etibarını itirmişdilər”

Martın 3-də Laçın və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər.


“Xalqinfo” xəbər verir ki, mövcud kadr dəyişikliyinin əsas səbəbini Azərtac-a şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək:

“Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçıları da məhz elə o səbəbdən Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad edilmişlər. Onlar öz fəaliyyətlərini Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməmiş, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərmiş, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirmiş, təvazökarlıqdan uzaq hərəkətlərə yol vermişlər. Z.Nağdəliyev vurğulamışdır ki, bu gün vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdirmişlər və nəticədə rayonun problemlərindən uzaq düşmüş, sakinlərin haqlı tələblərinə məhəl qoymamış, əhali arasında nüfuzdan düşmüşlər”.

Z.Nağdəliyevin fikrinə görə, adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları Prezidentin etimadını doğrulda bilməyib, daha dəqiq desək, etibarını itirib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulayıb ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaqlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler