» » Fransa prezidentinin səfəri Azərbaycan üçün təqdirəlayiq hadisə sayılmalıdır -

Fransa prezidentinin səfəri Azərbaycan üçün təqdirəlayiq hadisə sayılmalıdır - politoloq

Bölmə: Siyasət
Fransa prezidentinin səfəri Azərbaycan üçün təqdirəlayiq hadisə sayılmalıdır -
O bildirib ki, Avropanın lider olkələrindən olan Fransa prezidenti səviyyəsində olan bu səfər Azərbaycan üçün təqdirəlayiq hadisə sayılmalıdır: “Belə ki, Ukraynada və digər regionlarda gedən siyasi proseslərə müstəqil və obyektiv şəkildə Azərbaycan tərəfindən münasibətin bildirilməsi bir daha subut edir ki, ölkəmiz düzgün siyasət yeridir. Fransa prezidentinin səfər çərçivəsində ölkəmiz üçün səsləndirdiyi fikirləri, Azərbaycanla yaxşı münasibətin Avropa və və Fransa üçün böyük maraq doğurur. Fransa həm BMT Təhlükəsizlik Şurasının daimi üzvü, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda daha aktiv fəaliyyət göstərməlidir. Fransa BMT-nin erməni qoşunlarının qeyri-şərtsiz olaraq Azərbaycan ərazisini boşaltması haqqında qətnaməni dəstəkləyən bir ölkə olub. Aydın olur ki, Fransa vaxtında haqlı olaraq Ermənistanın işğalçı ölkə olduğunu təsdiq etdiyi üçün, indi də həmin qərarlara da hörmət etməlidir."

Onun sözlərinə görə, Fransua Olland həmsədr kimi Ermənistanı işğalçılıq əməllərindən əl çəkməyə məcbur etməlidir. Onun kimi siyasi liderlər də çox gözəl bilir ki, Ermənistanın çıxış yolu yalnız Azərbaycanın tarixi torpaqlarını işğal etməsindən keçir. İstər Türkiyə ilə olan münasibətlər və sərhədlərin bağlı olması, istərsə də regionda həyata keçirilən böyük siyasi və iqtisadi layihələrdən kənərda qalmamaq üçün Ermənistan şərtsiz olaraq işğalçılıq əməllərindən əl çəkərək işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir. Rəsmi İrəvan həm də haqsız olaraq Türkiyəni qınamaqdan və yalan uydurmalarla dolu olan “soyqırımı” iddasından əl çəkməlidir.


- See more at: http://az.salamnews.org/az/news/read/126175#sthash.lHb1f3Mi.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler