» » Ermənilərin Laçındakı aksiyasına reaksiya

Ermənilərin Laçındakı aksiyasına reaksiya

Bölmə: Siyasət, BLOK XƏBƏR
Ermənilərin Laçındakı aksiyasına reaksiya
"XALQİNFO" Xəbər verir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik işğal altında olan Laçın səfəri zamanı ermənilərin təziqi ilə üzləşib. Ermənilər Ceyms Uorlikdən tələb ediblər ki, yenilənmiş Madrid Prinsiplərinə daxil olan qaçqınların öz yurd-yuvasına qayıtması ilə bağlı müddəa sənəddən çıxarılsın. Ceyms Uorlikin Laçında ermənilərin təziqinə məruz qalmasına Azərbaycan XİN-dən də münasibət bildirilib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ans press-ə açıqlamasında erməni tərəfinin dəfələrlə müxtəlif təxribatlara əl atdıqlarını söyləyib. O, qeyd edib ki, erməni tərəfi münaqişənin həll edilməsinin yubadılması və status-kvonun möhkəmləndirilməsi istiqamətində müxtəlif addımlar atmağa cəhd ediblər: “Beynəlxalq ictimayyət münqişənin həllinə mane olan tərəfin kim olduğunu daha yaxından görməlidir. Biz daimi olaraq Ermənistanın sülhə məcbur edilməsi ilə bağlı beynəlxalq ictimayyət qarşında məsələ qaldırırıq. Ermənistan sülhə məcbur edilməyənə qədər öz qeyri konstruktiv mövqeyində duracaq. Ermənilər özlərini məzlum göstərməyə çalışırlar. Əslində məzlum olan şəxslər öz tarixi torpaqlarından qovulan insanlardır. İnsanların öz ata-baba yurdlarına qayıtmaq haqqları var”.

Qeyd edək ki, bir neçə gün öncə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik işğal altında olan Laçın rayonuna səfər edib. Laçında ermənilər Uorlikə azərbaycanlılarla birgə yaşamağın mümkünsüzlüyünü bildirərək etiraz ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler