» » Hansı icra başçısının kabinetindəki mebel yerlidir?

Hansı icra başçısının kabinetindəki mebel yerlidir?

Bölmə: Siyasət, BLOK XƏBƏR
Hansı icra başçısının kabinetindəki mebel yerlidir?

Milli Məclisin deputatı Vahid Əhmədov avropa.info-ya müsahibə verib.

“Xalqinfo”nun məlumatına görə, deputat son günlər müzakirə mövzusuna çevrilən Naxçıvan Avtomobil Zavodunun maşınları haqda danışıb. Yerli məhsulların satışını həyata keçirmək üçün yerli malların satış bazarına ehtiyac olduğunu qeyd edib.

Bundan başqa, Vahid Əhmədov prezident İlham Əliyevin Azərbaycanda istehsal olunan mallara diqqət çəkməyini də yüksək qiymətləndirib. O, yerli mebellərdən istifadə edən məmurlara misal da çəkib:

“Ümumiyyətlə, bizim bazar münasibətlərimizdə mövcud olan bir çox problemlər var. Məhsulun yerli bazarlarda satışına da inhisarçılıq, idxal, ixrac əməliyyatlarındakı problemlər kimi mane olan məsələlər var. Bu məsələlər də kompleks şəkildə kökündən həll olunmalıdır ki, alıcılarda da yerli məhsullara maraq oyansın. Məsələn dünən mən Sumqayıtın icra başçısı Zakir Fərəcovla görüşə getmişdim. Onunla söhbət əsnasında otağındakı mebellər gözümə dəydi. Çox gözəl mebel olduğu üçün harada istehsal olunduğunu soruşdum. O da öz növbəsində mebellərin xaricdə deyil, Saray qəsəbəsində yığıldığını dedi. Sizi inandırım ki, çox gözəl də mebellər idi və xaricdə istehsal olunanlardan heç də geri qalmırdı”.

Hansı icra başçısının kabinetindəki mebel yerlidir?

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler