» » “Biz dialoq əvəzinə qarşıdurma görürük” -

“Biz dialoq əvəzinə qarşıdurma görürük” - Prezident

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Biz dialoq əvəzinə qarşıdurma görürük” -
“Əfsuslar olsun ki, dünya miqyasında biz dialoq əvəzinə qarşıdurma, anlaşılmazlıq, ədavət görürük. Budur iqtisadi və geosiyasi vəziyyət”.

“Xaqinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edərkən deyib. Prezident bildirib ki, bölgədə və dünyada yaşanan bu vəziyyət, əlbəttə ki, bizi narahat edir: “Ancaq eyni zamanda, biz bu vəziyyətdə daha da fəal işləməliyik. Öz siyasətimizi uğurla aparmalıyıq və ölkə qarşısında duran bütün vəzifələri icra etməliyik. 2015-ci ildə də hesab edirəm ki, bütün istiqamətlər üzrə Azərbaycan uğurlu inkişaf dinamikasını saxlaya bilib. Bizim beynəlxalq nüfuzumuz böyük dərəcədə artıb. Keçən il mən 20 rəsmi və işgüzar səfər etmişəm. Azərbaycana 15-dən çox xarici dövlət, hökumət başçısı səfər edib. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə çox fəal rol oynayır və ölkəmizə dünyada çox böyük rəğbət var. Bunu mən hər dəfə xarici səfərlərdə olarkən görürəm. Bu dəfə Davos Forumunda iştirak edərkən bir daha gördüm ki, ölkəmizin siyasətinə, mövqeyinə, prinsipiallığına, əldə edilmiş uğurlarımıza çox böyük rəğbət, hörmət var. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurla davam edır. Üzv olduğumuz təşkilatlar çərçivəsində fəaliyyətimizi gücləndiririk.

Bütün başqa təşkilatlarla da qarşılıqlı hörmət əsasında münasibətlərimizi qurmuşuq və bu münasibətləri dərinləşdirmək istəyirik. Hesab edirəm ki, 2016-cı ildə beynəlxalq təşkilatlarla fəaliyyətimiz daha da sürətlə aparılacaq. Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler