» » “Ziya Məmmədov, mən və nəslimiz...”

“Ziya Məmmədov, mən və nəslimiz...”

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Ziya Məmmədov, mən və nəslimiz...”
Elton Məmmədov: "Bizə qarşı hər gün belə iyrənc kampaniya aparılır"


"Siz nə vaxt görmüsüz ki, müxalifət mətbuata prezidentə, dövlətə sədaqətli olan qüvvələri tərifləsin? Həmişə tənqid ediblər də... Ziya Məmmədov, mən və bizim nəslimiz daim hakimiyyəti dəstəkləmişik, komandanın sədaqətli üzvləriyik. Ona görə də, bizə qarşı hər gün belə iyrənc kampaniya aparılır. Biz hər bir sağlam qüvvə ilə əməkdaşlığa hazırıq".

“Qafqazinfo” xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədov mətbuatda barələrində yazılanlara münasibət bildirərkən qeyd edib.

Millət vəkili bildirib ki, adlarının xoşagəlməz hadisələrdə hallandırılması onları istəməyən qüvvələrin əməlidir: "Biz ziyalı adamlarıq. Mən xoşum gəlmədiyi adama qarşı uzaq başı sözlə cavab verərəm. Nə mən, nə mənim övladım, nə də qardaşım övladları elə tərbiyyə almayıblar ki, kiməsə əl qaldırsınlar və ya döydürsünlər. Biz mafiya deyilik axı... Ziyalı adamlarıq. Hər gün yazırlar, bizi söyürlər, tirajlarını artırırlar. Kim kimə haqsızlıq edirsə, Allah onun bəlasını versin. Mənə desələr ki, səni həbs edirik, 50 il türmədə yatacaqsan, yenə də "Yeni Müsavat"ın baş redaktoruna zəng edib "barəmdə yazmayın" xahişini etmərəm. Qoy, yazsınlar. Allah yuxarıdan görür. Əməllərinə görə, bu dünyada olmasa da, o dünyada cavab verəcəklər".

E.Məmmədov "Yeni Müsavat"ın müxbirinin döyülməsində oğlunun adının hallandırılmasına da münasibət bildirdi: "Bu söhbətlər məni bezdirib. Cavan uşaqdır da, sözləri çəp gəlib vuruşublar. Cavan vaxtı heç dalaşmamısız?".

Millət vəkili son günlər mətbuatda yazılanlarla bağlı mətbuat konfransı keçirmək niyyətində olmadığını dedi: "Heç bir mətbuat konfransı keçirməyəcəm. Bu gün parlamentdə də bu barədə söhbətimiz oldu. Dedim ki, barəmizdə yazılanlar sağlam məntiqə sığmır. Mən Vidadi İskəndərlinin adını birinci dəfə sizdən eşitmişəm. Mənim və ya qardaşım oğlunun onunla nə işi var? Xahiş edirəm ki, bu cür söhbətləri, ümumiyyətlə, qabartmayasız. Hərdən mənə elə gəlir ki, jurnalistlərimiz yazmağa mövzu tapmayanda, fantaziyalarını işə salırlar”.



şərh yaz

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler