» » “Yerlərdə aksiyalara səbəb süni qiymət artımıdır”-Siyavuş Novruzov

“Yerlərdə aksiyalara səbəb süni qiymət artımıdır”-Siyavuş Novruzov

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Yerlərdə aksiyalara səbəb süni qiymət artımıdır”-Siyavuş Novruzov
“Valyutadəyişmə məntəqələrində dolların qiyməti göstərilsə də, satılmır. Əvəzinə pulları “qara bazar”a buraxır, orada artıqlaması ilə dəyişir, vətəndaşların ziyanına iş aparır və cibinə girirlər. Halbuki Mərkəzi Bank 100 milyon dollar dövriyyəyə buraxıb və hər bir valyutadəyişmə məntəqəsinə də vəsait ayırıb".

Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisinin deputatı Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, ölkənin bəzi bölgələrində olan aksiyalara da süni qiymət artımı və dollar ajiotajı səbəb olur: “Məhsulların qiymətini süni şəkildə artıranlara qarşı mübarizə aparılması üçün cənab prezident müşavirədə bir daha göstəriş verdi. Bunun qarşısı alınmalıdır, hüquq-mühafizə orqanları, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün ciddi nəzarət həyata keçirməlidir. Azərbaycanda istehsal olunan məhsulların qiyməti qalxa bilməz. Xaricdən gətirilən malların qiymətində müəyyən fərqlər olacaq, amma daxili bazarda qiymətə ciddi nəzarət olunmalıdır. Süni qiymət artımı, süni dollar ajiotajı yaratmaq etiraza səbəb olur. Buna görə də bu istiqamətdə ciddi şəkildə nəzarət olunmalıdır və olacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler