» » Rəsmi Moskva Qarabağdakı vəziyyət haqda-ağır artilleriya, reaktiv sistemlər...

Rəsmi Moskva Qarabağdakı vəziyyət haqda-ağır artilleriya, reaktiv sistemlər...

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Rəsmi Moskva Qarabağdakı vəziyyət haqda-ağır artilleriya, reaktiv sistemlər...
“Son aylarda biz Dağlıq Qarabağ münaqişəsi zonasında ağır artilleriyanın, reaktiv yaylım atəşi sistemlərinin, iriçaplı pulemyotların tətbiq olunması ilə silahlı toqquşmaların aktivləşməsini müşahidə edirik”.

Virtualaz.org xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini, Moskvanın Qarabağ münaqişəsinə dair siyasətini kurasiya edən Qriqori Karasin “İnterfaks”a müsahibəsində deyib.

Diplomat bildirib ki, bu cür toqquşmalar itkilərin sayının artmasına, o cümlədən dinc əhali arasında itkilərə gətirib çıxarıb. “Belə situasiya bizi narahat etməyə bilməz”-Karasin vurğulayıb.

Rusiya xarici işlər nazirinin müavini deyib ki, münaqişə tərəfləri sülhə nail olmaq üçün səyləri ikiqat artırmalıdır. “Bu, beynəlxalq həmsədrlərin qəti mövqeyidir və ABŞ, Fransa və Rusiyanın ATƏT-in xarici işlər nazirləri Şurasının 2015-ci ilin dekabrında verdiyi bəyanatda əksini tapıb”-diplomat bildirib.

Karasinin sözlərinə görə, tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsinə dair artıq mövcud olan razılaşmaya da əməl etməlidir. Diplomat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ilk növbədə münaqişə zonasında gərginliyin azaldılması Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə müzakirə olunub. “Gözləyirik ki, bu danışıqlar təmas xəttində situasiyanın stabilləşməsinə kömək edəcək”-Karasin deyib.

Diplomat deyib ki, Rusiya həmsədr ölkələrdən biri kimi tərəflərin kompromis əldə etməsinə kömək göstərməyə çalışır. “Son vaxtlar xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu mövzuda seriya təmasları olub, bu təmaslarda münaqişənin nizamlanmasının bütün kompleksi müzakirə edilib. Ümid edirəm ki, yeni ilin başlamasından sonra tezliklə bu iş davam edəcək. Təbii ki, hərbi situasiya da bizim diqqətimizdən kənarda olmayacaq”-Qriqori Karasin bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler