» » 15 yaşında 2-3 uşaq anaları - ŞOK STATİSTİKA

15 yaşında 2-3 uşaq anaları - ŞOK STATİSTİKA

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
15 yaşında 2-3 uşaq anaları - ŞOK STATİSTİKA“Dünyada hər il 14,2 milyon nəfər 18 yaşına çatmamış qız nikaha daxil olur. Başqa sözlə, hər gün 39 mindən çox erkən nikah baş verir. Belə vəziyyət davam edərsə, 2015-2020-ci illərdə 70 milyon nəfər 18 yaşına çatmamış qız erkən nikaha girəcək. Hesablamalara görə, onların 13,2 %-i və ya 9,2 milyon nəfərini 15 yaşına çatmamış qızlar təşkil edəcək”.

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı diqqətə çatdırıb.

Nazir müavini erkən nikahların əsas hissəsinin Afrika və Cənubi Asiya ölkələrinin payına düşdüyünü, həmin regionlarda nikaha daxil olan hər 3 gənc qadının birinin 18 yaşına çatmamış qız olduğunu bildirib.

Azərbaycanda bu göstəricinin kifayət qədər aşağı olduğunu bildirən İ.İsayev bununla belə, bəzi dolayı statistik göstəricilərin bu sahədə problemin narahatedici olduğunu deməyə əsas verdiyini vurğulayıb: “Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə qeydə alınmış 84912 nikahdan 479-u 18 yaşına çatmamış qızlarla, 2-si isə 18 yaşına çatmamış oğlanlarla olub. Digər tərəfdən, diri doğulan uşaqların sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların xüsusi çəkisi 14,9% olub ki, həmin qadınların 61,6 %-i kənd yerlərində yaşayanlardır. Əgər 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub”.

Nazir müavini əlavə edib ki, 2004/05-ci tədris ilində dövlət və qeyri-dövlət əyani ümumtəhsil müəssisələrində 1-ci sinif şagirdlərinin sayı təxminən 141 min nəfər təşkil edib: “2014/2015-ci tədris ilində isə 11-ci sinifdə oxuyan şagirdlərin sayı 91,5 min nəfər olub. 2004/05-ci tədris ilindən təhsil alan şagirdlərin 10,2 min nəfərinin əyani ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunduğunu nəzərə alsaq, 39,3 min şagirdin ümumtəhsil məktəbini bitirmədiyi qənaətinə gəlmək olar. Bu şagirdlərin 61,8%-i kənd yerlərinin payına düşür. Araşdırmalar göstərib ki, məktəbdən yayınan bu şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür. Göründüyü kimi, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını da artırır. 2015-ci ildə qəbul imtahanlarının nəticəsi göstərib ki, həmin il ərzində respublikanın cənub bölgəsindən ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu, bizim qızların erkən yaşlarından təhsil hüququndan məhrum edildiyini göstərir”.

Erkən nikahın əslində sosial hadisə olduğunu qeyd edən İ.İsayev bildirib ki, 2014-cü ildə respublika üzrə 170503 diri doğulan uşağın 3296 nəfəri, o cümlədən şəhər yerlərində 1054, kənd yerlərində 2242 nəfəri 15-17 yaşlı anaların payına düşüb. Acınacaqlı hal odur ki, 15-19 yaşına qədər anaların 279-u ikinci uşaq, 9-u isə 3-cü uşaq dünyaya gətirib. 18-19 yaşlı anaların isə 158 nəfəri 3-cü uşaq dünyaya gətirib.

“Araşdırmalar kənd qızlarının işlə təmin olunmalarındakı müəyyən çətinliklərin, bir sıra hallarda çarəsizlik, ümidsizlik mühitinin erkən nikahların səbəblərindən biri olduğunu göstərir”,- deyə qeyd edən İ.İsayev ölkə əhalisinin 8,9 faizini 14-19 yaşlı gənclər təşkil etdiyini, onların 47,4 %-nin gənc qızlar olduğunu bildirib.




Kainat Şirin


Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler