Azərbaycanın kəşfiyyat tarixi necə dəyişdi?
16 dekabr 2015 12:14
Baxış: 447
Şərh: 0
Çap
Dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.
“Xalqinfo” xəbər verir ki, transparency.az Azərbaycanın təhlükəsizlik orqanının tarixi ərzində neçə ad dəyişikliyi olduğuna nəzər salıb. 1919-cu ilin iyun ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə yaradılmış xüsusi xidmət orqanının adı əvvəlcə Dövlət Müdafiə Komitəsi olub, ancaq cəmi iki gün sonra o, Əksinqilabla Mübarizə Təşkilatına çevrilib.
1920-ci ildə qurulan sovet rejimi illərində xüsusi xidmət orqanı əvvəl Fövqəladə Komissiya adlanıb. Sonralar ad bir neçə dəfə dəyişib:
Dövlət Siyasi İdarəsi Birləşmiş Dövlət Siyasi İdarəsi Xalq Daxili İşlər Komissarlığı Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı Dövlət Təhlükəsizlik Nazirliyi Daxili İşlər Nazirliyi.
SSRİ dövründə xüsusi xidmət orqanının son adı Dövlət Təhlükəsizlik Komitəsi olub.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis edilib. 2015-ci il dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda verilən qərar faktiki olaraq Milli Təhlükəsizlik Nazirliyi adında xüsusi xidmət orqanının tarixə qovuşması deməkdir.
Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri:
Məmmədbağır Şeyxzamanlı: 1919 Nağı Şeyxzamanlı: 1919-1920 Semyon Pankratov: 1920 Baba Əliyev: 1920 Eyyub Xanbudaqov: 1920-1921 Mircəfər Bağırov: 1921-1927 Novruz Rizayev: 1927-1929 Mircəfər Bağırov: 1929-1930 Mixail Frinovski: 1930-1933 Aleksey Aqrba: 1933-1934 Yuvelian Sumbatov (Topuridze): 1934-1938 Mixail (Yakov) Rayev-Kaminski: 1938 Stepan Yemelyanov: 1939-1953 Anatoli Quskov: 1953-1956 Fyodor Kopılov: 1956-1959 Aleksandr Kardaşov: 1959-1963 Semyon Sviqun: 1963-1967 Heydər Əliyev: 1967-1969 Vitali Krasilnikov: 1969-1980 Ziya Yusifzadə: 1980-1988 Ivan Qorelovski: 1988-1989 Vaqif Hüseynov: 1989-1991 Ilhüseyn Hüseynov: 1991-1992 Fəxrəddin Təhməzov: 1992-1993 Nəriman Imranov: 1993-1994 Namiq Abbasov: 1994-2004 Eldar Mahmudov: 2004-2015.
2015-ci il dekabrın 14-də Orxan Sultanov Xarici Kəşfiyyat Xidmətinin, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyinat alıb. Mədət Quliyev həmin il oktyabrın 20-dən milli təhlükəsizlik nazirinin birinci müavini idi, nazir səlahiyyətlərini icra edirdi.
|