» » Türkiyə parlamentinə yeni sədr seçildi

Türkiyə parlamentinə yeni sədr seçildi

Bölmə: Siyasət, BLOK XƏBƏR
Türkiyə parlamentinə yeni sədr seçildi

TBMM sədrliyi üçün AKP-nin İstanbul üzrə millət vəkili İsmayıl Qəhrəman, CHP-nin Ankara üzrə millət vəkili Ayşe Gülsün Bilgehan, MHP-nin Kayseri üzrə millət vəkili Yusuf Halaçoğlu və HDP-nin İstanbul üzrə millət vəkili Dengir Mir Mehmet Fırat yarışıblar.

Seçkilərdə 367 səsi heç bir partiya nümayəndəsi yığa bilməyib. Seçkilərin ikinci turuna start verilib.

Seçkilərin ikinci turunda da heç bir partiya lazım olan 367 səsi toplaya bilməyib. AKP 318, CHP 126, HDP 40 və MHP 39 səs toplayıb. Səsvermənin üçüncü turuna start verilib. Bu dəfə namizədlərin 276 səs toplaması vacibdir.

Səsvermənin 3-cü turunda AKP-nin İstanbul üzrə millət vəkili İsmayıl Qəhrəman TBMM-nin sədri seçilib (316 səs).

* * *18:12

Yeni tərkibli Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi ilə bağlı səsvermə başlayıb. Parlament Dəniz Baykalın müvəqqəti sədrliyi ilə fəaliyyət göstərir.

Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CXP), Millətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (XDP) yeni parlamentə sədrlik yerinə iddiaçı olsalar da TBMM rəhbərlik etmək şansı AKP-yə məxsusdur.

AKP parlament sədrliyinə İstanbuldan millət vəkili seçilən İsmail Kahramanın namizədliyini irəli sürüb. Lakin yeni parlamentdə 316 mandata sahib olan AKP-nin səsvermənin birinci və ikinci turlarında Türkiyə Böyük Millət Məclisinə sədr postuna sahib çıxmaq ehtimalı çox aşağıdır. Çünki iddialı şəxslər yalnız 367-dən yuxarı sayda deputatın səsinə sahib olmaqla parlamentə sədr seçilə bilərlər.

Mövcud mandat bölgüsünə görə, heç bir namizəd bu sayda səs toplamaq imkanında deyil. Belə olan halda üçüncü tur səsvermədə 276 səs qazanan namizəd parlamentin sədri seçiləcək. Lakin əgər səsvermənin dördüncü turuna zərurət yaransa, bu halda mübarizə əvvəlki səsvermələrdə ən çox səs toplayan iki namizəd arasında aparılacaq. Belə olan halda ən çox səs toplayan namizəd sədr seçiləcək.

Bütün bunlar onu deməyə əsas verir ki, AKP namizədinin səsvermənin üçüncü turunda Türkiyə Böyük Millət Məclisinə sədr postuna sahib olmaq şansı daha böyükdür (AZƏRTAC).

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler