» » Əli Həsənovdan açıqlama

Əli Həsənovdan açıqlama

Bölmə: Siyasət, MANŞET
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis ilə görüşüb.

Xalqinfo.az bildirir ki , “Qafqazinfo”un Lent.az-a istinadən xəbər verir ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyalarında İndoneziyanın ölkəmizin haqq işini dəstəklədiyini vurğulayan Baş nazirin müavini bildirib ki, Azərbaycan-İndoneziya əlaqələrinin daha da genişləndirilməsinə böyük ehtiyac var.

Əli Həsənovun sözlərinə görə, ölkəmizdə korrupsiyaya qarşı mübarizə, insan hüquqlarının qorunması istiqamətində mühüm uğurlar əldə edilib və başqa ölkələrin bu məsələdə Azərbaycana irad tutması haqsızdır. Ə. Həsənov Avropada insan hüquqları ilə bağlı baş verənlərə də toxunub: “Ümumilikdə 500 milyon əhalisi olan Əli Həsənovdan açıqlamaAvropa ölkələrinə cəmi 400-500 min qaçqın gəlib. Həmin Avropa ölkələrinin rəhbərləri hər gün yığışıb müzakirə aparırlar ki, nə edək. Görün o ölkələrdə həmin qaçqınların başına nə oyunlar açırlar. Ancaq soruşan yoxdur ki, bəs 10 milyona yaxın əhalisi olan Azərbaycan 1 milyon 200 min qaçqın və məcburi köçkünün öhdəsindən 20 ildir necə gəlir?! Bu gün ümumiyyətlə dünyada nə ABŞ-ın, nə Avropanın, nə də digərlərinin insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur”.

Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz qərar qəbul etdiyini xatırladan Baş nazirin müavini Avropa Parlamentini korrupsiyaya bulaşmış bir qurum adlandırıb: “ Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər. Budur Avropa Parlamenti. Ona görə də onlar getsinlər demokratiya dərsini özlərinə keçsinlər”.



Kainat Şirin



Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler