» » Əli Kərimli yenidən AXCP-nin

Əli Kərimli yenidən AXCP-nin sədri oldu

Bölmə: Siyasət
Əli Kərimli yenidən AXCP-ninAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bu gün keçirilən qurultayında Əli Kərimli yenidən partiya sədri olub.

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, AXCP sədrliyinə yeganə alternativ olan Rəyasət Heyətinin üzvü Sahib Kərimli qurultayda çıxış edərək namizədliyini geri götürdüyünü elan edib.

O, çıxışında Əli Kərimlinin məruzəsinin qənaətbəxş olmadığını bildirib: “Biz illərlə mübarizə aparsaq da, hakimiyyətə gələ bilməmişik. Biz AXCP olaraq cəmiyyətə kadr təqdim edə bilmirik. Mənim mübarizəmə kölgə salmaq istədilər. Heç bir xəyanətdən söhbət gedə bilməz. Məni söyənlərə haqqımı halal edirəm. Gizli səsvermə keçirməliyik. Açıq səsvermə qurultay nümayəndələrinin iradəsinə müdaxilədir”.

Qurultay nümayəndələri S. Kərimlinin çıxışına etiraz edərək, yerdən replikalar atmağa başlayıblar. S. Kərimli səsvermənin gizli keçirilmədiyini əsas gətirərək, partiya sədrliyinə namizədliyini geri götürüb. O, növbəti qurultayda partiya sədrliyinə namizəd olacağını deyib. Əli Kərimlinin başqa alternativi olmayıb və o, sədr seçilib. Əli Kərimi sədr seçildiyi üçün qurultay nümayəndələrinə təşəkkür edib. Bundan sonra partiyanın qurultayı başa çatıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler