» » Uorlikin "Qarabağ bombası"

Uorlikin "Qarabağ bombası" Açıqlama

Bölmə: Siyasət, BLOK XƏBƏR
Uorlikin "Qarabağ bombası"
“Dağlıq Qarabağın müvəqqəti statusu ilə razılaşmaq gələcəkdə Dağlıq Qarabağ Respublikasının yaradılmasına yol açacaq. Müstəqil dövlət kimi xarici ölkələrdə diplomatik nümayəndəliklər yaradacaq”.

Bunu politoloq Qabil Hüseynli ANS PRESS-ə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin açıqladığı 6 prinsipə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, Ceym Uorlikin açıqladığı prinsiplər Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan digər prinsiplərin təkrarıdır. Politoloq həmçinin Ceym Uorlikin açıqladığı prinsiplərdə bəzi anlaşılmayan elementlərin olduğunu dedi: “Amerikalı həmsədr Dağlıq Qarabağın müvəqqəti statusu ilə razılaşmaq deyəndə nəyi nəzərdə tutur, özündə nəyi ehtiva edir? Bu, dəqiqləşdirilməlidir. Müvəqqəti status o deməkdir ki, Dağlıq Qarabağ Azərbaycana verilməyə bilər. Çünki bölgənin müvəqqəti statusu ilə razılaşma əldə olunsa, Dağlıq Qarabağa sülhməramlılar yerləşdiriləcək. Bu isə Azərbaycanın bölgəyə təsirini azaldacaq və Dağlıq Qarabağı birdəfəlik itirə bilərik”.

Qabil Hüseynli hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif olunan prinsiplərdə birinci növbədə Azərbaycanın ərazi bütövlüyü məsələsi qeyd olunmalıdır.

“Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər. Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmadan sonra bölgəyə sülhməramlı qüvvələr də daxil ola bilər. Ceyms Uorlikin açıqladığı prinsiplərdə isə bu elementlər yoxdur. Ona görə də amerikalı həmsədrin dedikləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə zəmanət vermir. Bu prinsiplərdə ermənipərəstlik var”, deyə politoloq bildirib.

Politoloq Rasim Ağayev də hesab edir ki, amerikalı həmsədr Ceyms Uorlikin açıqladığı prinsiplərin ATƏT-in Minsk qrupunun daha əvvəl təklif etdiyi prinsiplərdən fərqi yoxdur. Onun fikrincə, hazırkı vəziyyətdə Ceyms Uorlikin dediyi prinsiplərlə razılaşmaq mümkün deyil.

“Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Necə ola bilər ki, Dağlıq Qarabağdan başqa ətraf rayonlar Azərbaycana qaytarılsın. Bu gülməlidir. Çünki Dağlıq Qarabağda yaşayanlar bizim vətəndaşlarımızdır. Azərbaycan tərəfi dəfələrlə deyib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyü qorunmaqla həll olunmalıdır. Ermənistan isə buna əməl etmir. Ceyms Uorlikin açıqladığı prinsiplərin qəbul edilməsi o deməkdir ki, biz Ermənistana güzəştə gedirik”, - deyə politoloq bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çərşənbə günü Vaşinqtonda Karnegi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" adlı məruzə ilə çıxış edib.

Amerikalı həmsədrin fikrincə, istənilən sülh sazişinin əsasında aşağıdakı altı element olmalıdır:

1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır. Tərəflər gələcəkdə uyğunlaşdırılmış və öz iradəsini hüquqi baxımdan ifadə etmək vasitəsi ilə bölgənin yekun hüquqi statusunu müəyyən etməkdə tam qətiyyətli olmalıdırlar.

2. Bakı tərəfindən hazırda nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sərhədləri çərçivəsində ərazilərə ən azı təhlükəsizliyi və özünü idarəetməni təmin edən aralıq statusu verilməlidir.

3. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır və bu rayonlar üzərində Azərbaycanın müstəqilliyi bərpa olunmalıdır. Bu ərazidə Azərbaycanın suverenliyini pozan heç bir yaşayış məntəqəsi olmamalıdır.

4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi saxlamaq lazımdır. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.

5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu etiraf etməlidir.

6. Sülh sazişi beynəlxalq təhlükəsizlik zəmanətini təmin etməlidir, o cümlədən sülhməramlı fəaliyyət daxil olmaqla mənsub olduğu bütün tərəflər arasında etimad olmalıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler