» »  Tural Məmmədov da deputatlığa namizəd oldu

 Tural Məmmədov da deputatlığa namizəd oldu

Bölmə: Siyasət, MANŞET
 Tural Məmmədov da deputatlığa namizəd olduTural Məmmədov bu il keçiriləcək parlament çekilərində namizəd olacaq. Bu barədə məlumat verən T.Məmmədov namizədliyini 121 saylı Laçın seçki dairəsindən
bitərəf olaraq verdiyini bildirdi.
Qeyd edək ki,T.Məmmədov 10 ildən artıqdır ki, ciddi şəkildə ictimai -siyasi fəaliyyətlə məşquldur.
Əsas fəaliyyət istiqamətini Ulu Öndər Heydər Əliyev ideyaları təşkil edir.


Tural Məmmədov kimdir?

Əslən Laçın rayonundan olan Məmmədov Tural Marks oğlu 1986-cı il martın 6- da Bakı Şəhərində anadan olub.
1992-ci ildə Laçın rayonu Elçin Məhərrəmov adına orta məktəbdə 1 sinifə qəbul olunur.
9 sinifə qədər burada təhsil aldıqdan sonra qalan üç ilini ,Xızı royonu M.Müşviq adına orta məktəbdə davam etdirməli olur.Burada orta məktəbi bitirərək 2003-cü ildə sənədlərini ali məktəbə verir və Universitetin tarix fakültəsinə daxil olur.2007-ci ildə ali təhsilini başa vuraraq həqiqi hərbi xidmətə gedir.2008-ci ildə hərbi xidməti başa vurur.İlk olaraq hərbi xidmətdən qayıdan T.Məmmədov tarix müəllimi işləməyə başlayır.Bu fəaliyyətin nəticəsi olaraq 24 yaşında Təhsil Nazirliyinin əmri əsasında “Azərbaycan tarixi” Abituriyentlər üçün dərs vəsaitini hazırlayır(ilk elmi kitabı işıq üzü görür) 3 il müəllim işləyən gənc fəal ictimai-siyası fəaliyyətə başlayır və müəllimlik fəaliyyətini dayandırır. 2009-cu ildə “Qafqaz servis “ MMC rəhbəri işləyir.Fəaliyyətinin ilk günlərindən
Ulu Öndər Heydər Əliyev ideyaların əsas götürən T.Məmmədov geniş ictimai-siyasi fəaliyyətə başlayır. İlk ictimai fəaliyyətə QHT sektorunda başlayır.DCİY ib idarə heyətinin sədri vəzifəsində işləyir.Gənclər arasında 50- dən artıq layihə keçirdir.Bakı şəhərində və ətraf rayonlarda ,Azərbaycançılıq, Dövlətçilik ideyalarını əhatə edən geniş miqyaslı tədbirlər keçirməyə başlayır və keçirdiyi tədbirlər tanınmış KİV-də işıqlandırılır. QHT sahəsindən uzaqlaşan T. Məmmədov əvvəli işini müstəqil və daha geniş şəkildə davam etdirir.Bir məsələni də qeyd edek ki, Tural Məmmədov xüsusi natiqlik bacarığı ilə fərqlənən gənclərdən biridir.Hazırda minlərlə oxucusu olan Xalqinfo.az xəbər portalının baş direktoru vəzifəsində işləyir. İngilis və rus dillərində sərbəst danışır. Subaydır.

Şərh Yaz
ŞƏRH(1)

Niyazi Fətullayev ziyalı 21 sentyabr 2015 08:55
Tural bəy,sizin bu qərarınızı cox müsbət qarşıladım.
Doğrudan da parlametdə,gənc ziyalı tarixçilərimizə,öz
milli dövlətçiliyi uğrunda fəal çalışan,vətənpərvər,
pozitiv düşüncəli,dünya siyasətinə düzgün inteqrasiya
etməyi bacaran millət vəkillərinə çox ehtiyacımız var.
Odur ki,yuxarıda qeyd etdiyim bu kimi xüsusiyətlərin
sizin simanızda,təfəkkürünüzdə özünü bürüzə etməsini
dərk edərək,sizə ancaq uğurlar,uğurlar arzulayıram....
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler