» » İlham Əliyev baş konsulu geri çağırdı

İlham Əliyev baş konsulu geri çağırdı

Bölmə: Siyasət, MANŞET
İlham Əliyevin digər sərəncamı ilə Batumidə yeni baş konsul təyin edilib.
İlham Əliyev baş konsulu geri çağırdıAzərbaycan Prezidenti İlham Əliyev Hüseyn Nizami oğlu Nəcəfovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

XALQİNFO.AZ bildirir ki , ANS PRESS-in məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Həmçinin, Prezident İlham Əliyev R.İsmayılova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

Hüseyn Nizami oğlu Nəcəfov 2011-ci ilin oktyabr ayında Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilib. Prezident Hüseyn Nəcəfova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi barədə sərəncam imzalayıb.


Kainat Şirin

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler