» » li Kərimli qurultay üçün yer istəyir

li Kərimli qurultay üçün yer istəyir

Bölmə: Siyasət
li Kərimli qurultay üçün yer istəyir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bu barədə "Azadlıq" radiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Deyib ki, partiya qurultayı Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirmək niyyətindədir. Onun sözlərinə görə, qurultayda 800-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Tədbirdə əsasən partiya sədrinin və nəzarət təftiş komissiyasının seçilməsi, Ali Məclis üzvlərinin təsdiqlənməsi kimi məsələlər öndə olacaq: «Bu qurultayın əvvəlkilərdən bir fərqi də onda olacaq ki, partiyanın yeni işlənib hazırlanmış proqramı müzakirə olunacaq. Bundan başqa, noyabrın 1-i keçiriləcək seçkilər də əsas mövzulardan biridir. Partiya sədri ötən bir il ərzində görülən işlərlə bağlı hesabat da verəcək».

Xatırladaq ki, Əli Kərimlinin sədr olduğu AXCP-nin sonuncu qurultayı 2010-cu ildə keçirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler