» » Daha bir cəbhəçi gənc AXCP-dən istefa verdi:

Daha bir cəbhəçi gənc AXCP-dən istefa verdi: “Əli bəyi taksi ilə qaçırdıq”

Bölmə: Siyasət
Daha bir cəbhəçi gənc AXCP-dən istefa verdi:
Bu partiyadan istefalar ard-arda reallaşır; Yeni yaranan təşkilatın nüfuzu artmaqdadır

AXCP sədri Əli Kərimlinin keçmiş müavini Razi Nurullayevin təşkilat yaratmasından və AXCP adına iddiasını irəli sürməsindən sonra partiya daxilində başlayan “yarpaq tökümü” davam edir. Bir-birinin ardınca istefalar reallaşır. R.Nurullayevin tərəfdarlarının sayı getdikcə artmaqdadır.

AXCP daxilində daha bir istefa Suraxanı təşkilatında yaşanıb. Partiyanın gənc üzvü Cavid Nuriyev müsavat.com vasitəsilə AXCP sıralarından istefa verdiyini, R.Nurullayevin tərəfinə keçdiyini bəyan edib: “2003-cü ildən meydanlardayam. AXCP-nin Suraxanı şöbəsinin üzvüyəm. Əli Kərimlini indiyə qədər hər zaman dəstəkləmişəm. Son illərdə partiyada gördüklərim, artıq qalmağıma imkan vermədi. 2005-ci ildə dəfələrlə döyüldüm. Hətta həmin il Əli bəyi Nərimanov parkından taksi ilə qaçırdıq. Bu il 28 fevralda 400 manat cərimələndim. Fəhləliklə o cəriməni ödədim. Partiya mənə kömək etmədi. Bir insan belə, maraqlanmadı. Mənə çoxlu sayda təzyiqlər oldu ki, sənin orada nə işin var? Ürəkdən cəbhəçi olmuşam. Heç zaman xəyanət etməmişəm. Üzvlük haqqını daim vermişəm. Hər mitinqdə ətrafımda 5-10 nəfərlə iştirak etmişəm. 20 qəpik belə, partiyadan xeyir görməmişəm. Çəkdiyim əzablar hədər oldu. Artıq haqq-ədaləti indi tapmışam. Razi bəyin yanındayam. Onu dəstəkləyirəm. Tam şəkildə kənara çəkilmişdim. Bu gün dostlarım Razi bəyin yanındadırsa, mən də onların yanındayam. Həmişə gözlədim ki, əqidəli bir təşkilat yaransın, mən də ona qoşulum. Bu gün onu tapdım. Bu gün Əli Kərimlinin mühafizəçisi olan, Suraxanı təşkilatının sədri Bəhruz məni təhdid edir. O, kimdir ki, məni təhdid etsin. O, partiyada olmayanda mən orada idim. Mənə deyir ki, sən narkomansan. Əli bəyin qəbuluna düşmək üçün dəfələrlə çalışdım. Şikayətimi çatdırmaq üçün... Amma mənə şans vermədilər. Ona görə də, partiyadan gedirəm. Bu andan etibarən Razi bəyin tərəfinə keçirəm. Onun yürütdüyü siyasəti dəyərləndirirəm. İndiyə qədər boğazımdan kəsib, fəhləliklə qazandığım pullardan partiyaya yardım etmişəm. Əsasən də, həbsdə olanlara görə... Peşman deyiləm. Çünki bu yolu gedən şərəfli insanlar üçün etmişəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler