» » Azay Quliyev Almaniyaya gedir

Azay Quliyev Almaniyaya gedir

Bölmə: Siyasət
Azay Quliyev Almaniyaya gedir
Şura sədri “Almaniya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi haqda nə bilir?” mövzusunda müzakirələrə qatılacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev 6-9 may tarixlərində Almaniyada səfərdə olacaq.

qhtxeber.az-ın məlumatına görə, Azay Quliyev Avropa İnsan Haqları Mərkəzinin təşkilatçılığı ilə Bundestaqda müxtəlif siyasi partiyaları təmsil edən deputatlarla görüşəcək.

Səfər proqramına uyğun olaraq Azay Quliyev “Avroqafqaz” təşkilatının reallaşdırdığı layihə çərçivəsində “Almaniya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi haqda nə bilir?”
mövzusunda təşkil edilmiş dəyirmi masada, eləcə də Liberal Türk-Almaniya Assosiasiyasının “Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfəsi” mövzusunda keçirəcəyi müzakirələrə qatılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler