» » “Əli Kərimli hakimiyyətin sifarişi ilə işləyir”

“Əli Kərimli hakimiyyətin sifarişi ilə işləyir”

Bölmə: Siyasət
“Əli Kərimli hakimiyyətin sifarişi ilə işləyir”

“Əli Kərimli hakimiyyətlə bir yerdə Azərbaycan demokratiyasını boğub”.

XALQİNFO.AZ saytı xəbər verir ki, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini Razi Nurullayev deyib.

O vurğulayıb ki, Əli Kərimli AXCP-də dözülməz diktatura rejimi yaradıb: “Faktiki olaraq hakimiyyətin sifarişlərini yerinə yetirən Əli Kərimli partiyada dözülməz, diktator rejimi yaradıb. Biz cəbhəçilər çağırış edirik ki, Əli Kərimli və onun tərəfdarları partiyadan getsin. Və partiya yenidən demokratik düşüncəli insanlarla qurulsun. Hakimiyyət Əli Kərimlini müdafiə etsə də biz əlimizdən gələn hər şeyi edəcəyik ki, o, partiyadan getsin. Azərbaycanda demokratiyanın boğulmasında hakimiyyətlə bir yerdə Əli Kərimli də təqsirkardır. Və biz bu vəziyyəti dəyişməyə çalışacağıq”.mənbə Virtualaz.org

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler