» » Rusiyanın “Baş kəşfiyyatçı”sı İrəvana niyə gəlmişdi?

Rusiyanın “Baş kəşfiyyatçı”sı İrəvana niyə gəlmişdi?

Bölmə: Siyasət, Dünya, MANŞET
Rusiyanın “Baş kəşfiyyatçı”sı  İrəvana niyə gəlmişdi?“Bir neçə gün öncə Rusiya Baş qərargahının əsas kəşfiyyat idarəsinin (QRU) rəhbəri İqor Serqun Ermənistana səfər etdi. Bu səfərin cəbhə xəttində gərginliklə bağlı olduğu fikri irəli sürüldü. Təbii ki, bu amil də mövcuddur. Lakin hesab edirəm ki, QRU rəhbəri erməni rəhbərliyinə Azərbaycanın hərbi gücünün yüksək olduğunu və bundan çıxış edərək öz ambisiyalarını cilovlamağı məsləhət görməyə gəlmişdi”.

Xalqinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloqu Rasim Musabəyov deyib.

Politoloq Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətləndirilməsinin vacibliyi haqda fikirlərini xatırladıb:
“Hesab edirəm ki, Serqunun İrəvana səfəri yalnız Azərbaycanla bağlı deyildi. QRU hələ SSRİ vaxtında xaricdə yaşayan erməni diasporunu əsas agentura şəbəkəsi kimi istifadə edirdi və bu fəaliyyət, güman ki, indi də davam edir. Digər tərəfdən, Rusiya özü üçün indi regionda Gürcüstanın NATO-ya inteqrasiyasını təhlükə hesab edir. Hesab etmək olar ki, Serqun Ermənistandan Gürcüstana qarşı kəşfiyyat məlumatlarının əldə olunması üçün də istifadə edə bilər. Çünki Rusiya və Gürcüstan arasında diplomatik əlaqələr yoxdur. Bu həm də Türkiyə və NATO-ya qarşı da yönəlib. Diqqət çəkən məqamdır ki, Serqunun İrəvanı tərk etməsindən sonra Ermənistan müdafiə nazirinin birinci müavini David Tonayan Gürcüstana səfər etdi”.

Kainat Şirin


Mənbə
Publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler