» » Bu gün NATO Türkiyənin tələbini gerçəkləşdirəcək - Növbədənkənar toplantı

Bu gün NATO Türkiyənin tələbini gerçəkləşdirəcək - Növbədənkənar toplantı

Bölmə: Siyasət, Dünya, MANŞET
Bu gün NATO Türkiyənin tələbini gerçəkləşdirəcək - Növbədənkənar toplantı Bu gün NATO Türkiyənin tələbi ilə növbədənkənar toplantı keçirəcək. Rəsmi Ankara Şimal Alyansının Nizamnaməsinin 4-cü maddəsinə istinad edərək belə bir toplantının keçirilməsini tələb edib. Bu maddəyə görə, üzv ölkələrdən birinin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinə təhdidlər olarsa, ittifaq ölkələrinin toplanmasını istəyə bilər.

Xalqinfo.az xəbər verir ki, Türkiyənin NATO-da daimi təmsilçisi Mehmet Fatih Ceylan toplantıda ölkəsinin uzun müddətdir İŞİD-ə qarşı mübarizə apardığını, 20 iyul Suruç terror aktının Türkiyə üçün dönüş nöqtəsi olduğu haqda danışacaq.

O, terrora qarşı mübarizə aparan və sərhədlərində daimi təhlükə ilə üzləşən Türkiyəyə NATO-nun dəstək verməsini tələb edəcək.

28 üzv ölkəsinin qatılacağı toplantıya NATO baş katibi Jens Stoltenberq rəhbərlik edəcək. Türkiyəyə dəstək mesajının veriləcəyi, İŞİD-in tənqid ediləcəyi gözlənilir.

Kainat Şirin


Mənbə
Publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler