» » Siyavuş Novruzov “Havalar isinib”

Siyavuş Novruzov “Havalar isinib” Açıqlama

Bölmə: Siyasət
Siyavuş Novruzov “Havalar isinib”
“Müxalifət hava şəraiti ilə əlaqədar olaraq mitinqlər keçirir. Yazda başlayıb yayın istisinə qədər mitinq keçirəcəklər, daha sonra payızda bir iki dəfə toplaşacaqlar, soyuqlar düşəndə isə evlərinə yığılacaqlar”.


Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az-a açıqlamasında Müsavat Partiyasının mitinq keçirmək qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Müsavatın da mitinqi mövsümü xarakter daşıyır: “Havalar isinib, yadlarına düşüb ki, mitinq keçirmək lazımdır. Ona görə də bu haqda düşünürlər. Amma sosial bazası olmayan, cəmiyyətin dəstəkləmədiyi heç bir təşkilat möhtəşəm mitinq keçirdə bilməz, o cümlədən Müsavat Partiyası”.

S. Novruzov mitinq qərarının NİDA-çılarla bağlı olmasına da münasibət bildirib. Deyib ki, hər bir məsələ hüquq çərçivəsində həll olunmalıdır, zor çərçivəsində yox. Hər şey hüququn aliliyi çərçivəsində həll olunmalıdır. Razı deyillərsə, digər instansiyalara müraciət edə bilərlər”-deyə YAP rəsmisi qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler