» » Allahşükür Paşazadə prezidentin dəvətilə Tacikistana gedir

Allahşükür Paşazadə prezidentin dəvətilə Tacikistana gedir

Bölmə: Siyasət, Din, BLOK XƏBƏR, MANŞET
Allahşükür Paşazadə prezidentin dəvətilə Tacikistana gedirQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 21-də Tacikistanın paytaxtı Düşənbə şəhərinə səfərə yola düşür.

Xalqinfo.az bildirir ki, QMİ-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, A.Paşazadə Tacikistan Prezidenti İmaməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edir.

Məlumatda bildirilir ki, səfərdə məqsəd iyulun 22-23-də Düşənbədə keçiriləcək "İslam dini ekstremizm və terrorizmə qarşıdır" mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Konfransda tanınmış dinşünas alimlərin, teoloqların, ənənəvi dini icma rəhbərlərinin iştirakı gözlənilir.

Tacikistan Prezidenti İ.Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edən QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edəcək.

Kainat Şirin

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler