» » Rusiya Dağlıq Qarabağ münaqişəsini həllinə qərar verdi

Rusiya Dağlıq Qarabağ münaqişəsini həllinə qərar verdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Rusiya Dağlıq Qarabağ münaqişəsini həllinə qərar verdi“Rusiya Dağlıq Qarabağ münaqişəsini həllinə qərar verdi”.

Xalqinfo.az xəbər verir ki, Ermənistan KİV-nin bugünkü manşetlərində əsasən bu fikirlər yer alır.

Erməni mediası Moskvanın Bakıya dəstəyini artırdığını, yaxın günlərdə ən azından 7 rayonun qaytarılacağını yazıb. Misal üçün “Yerkir” nəşri yazır ki, Ermənistan müharibə ilə üz-üzədir. Nəşr məqaləsində müharibə təhlükəsindən çox, Ermənistan ordusunun vəziyyətinə yer ayırıb. Qeyd edilir ki, acınacaqlı və zəif durumda olan Ermənistan ordusu müharibədə tab gətirə biləcəkmi?

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun “Dağlıq münaqişəsinin həlli üzrə danışıqları intensivləşdirməyin vaxtı çatıb” deyə verdiyi açıqlama Rusiyanın münaqişənin həlli ilə bağlı yeni addımlar atacağı ehtimalını artırıb. Dünən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Moskva səfəri də bəzi ehtimallara yol açır.

Birincisi, İranın nüvə proqramı ilə bağlı Qərblə tarixi anlaşmasının ardından, Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi gündəmə gəlir. Belə bir vaxtda, Dağlıq Qarabağ münaqişəsinin həlinə yardım göstərərək, regionun əsas dövləti olan Azərbaycanın dəstəyini qazanmaq Moskva üçün əhəmiyyətli ola bilər. Doğrudur, indiyə qədər baş verən proseslərdə Rusiyanın bu cür ritorik çıxışları olub, lakin nəticə etibarilə münaqişə həll olunmayıb. Lavrovun çıxışını da bu qəbildən olan ritorika hesab etmək olar. Amma ümumilikdə dəyişən geosiyasi situasiya fərqli proseslərin olacağı fikrini əsaslandırır. Hesab etmək olar ki, Moskva ən azı Dmitri Medvedevin vaxtında münaqişənin həlli üçün irəli sürülən prinsiplərdən çıxış edəcək. Bu isə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına gətirib çıxara bilər.

İkincisi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Moskva səfərinin ardından “İşğal olunmuş ərazilər Azərbaycana qaytararımalıdır” deyə bildirməsi fonunda Lavrovun bu açıqlaması diqqət çəkir. Hesab etmək olar ki, regiona sahib olmaq uğrunda ABŞ-Rusiya mübarizəsi yeni mərhələyə qədəm qoyur. Bu, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllində söz sahibi olmaqdan keçir. Yəni Vaşinqton və Moskva ayrılıqda münaqişənin həllini öz əllərinə almaq istəyirlər. Hər iki tərəfin yanaşması hələlik Azərbaycanın xeyrinə görünür.

Bu arada “Bloomberg”in Azərbaycanın müharibəyə hazırlaşması haqda xəbərlər yayması diqqət çəkən məqamdır. Agentlik bu iddianı Azərbaycan Müdafiə Nazirliyinin hospitallara “hər an başlaya biləcək hərbi əməliyyatlara hazır olun” tapşırığına əsasən irəli sürüb. Ermənistanın qorxuya düşməsinin əsas səbəbləri sırasında bu amil da yer alır.

Baş verən proseslərdən ehtimal etmək olar ki, Rusiya prezidenti Vladimir Putin prezidentlərin növbəti görüşünü təşkil edə bilər. Bu, Rusiyaya Minsk qrupunda kimin “söz sahibi” olduğunu göstərmək üçün lazımdır.
Mənbə
Publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler