» » Prezidentdən fərman: Hərbi xidmətlə bağlı qanuna dəyişiklik

Prezidentdən fərman: Hərbi xidmətlə bağlı qanuna dəyişiklik

Bölmə: Siyasət, Sosial, BLOK XƏBƏR, MANŞET
Prezidentdən fərman: Hərbi xidmətlə bağlı qanuna dəyişiklikAzərbaycan prezidenti İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.


Xalqinfo.az-ın məlumatına görə, sənəddə deyilir:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 8; 2015, № 2, maddə 138) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.2-ci bəndə “2.0.4-cü” sözlərindən sonra “maddəsində, 2.0.5-ci maddəsinin ikinci cümləsində” sözləri və “16.2-ci” sözlərindən sonra “maddələrində, 28.6-cı maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin.

2. 5.4-cü bənddə “2.0.5-ci, 4.2-ci maddələrində” sözləri “2.0.5-ci maddəsinin birinci cümləsində, 4.2-ci maddəsində” sözləri ilə əvəz edilsin.

3. 5.11-ci bəndə “Qanunun” sözündən sonra “2.0.9-cu maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin.
Mənbə
“Qafqazinfo”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler