» » Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Zakir Həsənovun qəbulunda - FOTO

Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Zakir Həsənovun qəbulunda - FOTO

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Zakir Həsənovun qəbulunda - FOTOİyulun 15-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Saken Jasuzakovla görüşüb.

Xalqinfo.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunan görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrindəki əməkdaşlıq və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətlər, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri vurğulayıb ki, ərazilərimiz hələ də işğal altında saxlanılır və səbri tükənmiş Azərbaycan xalqı torpaqlarımızın tezliklə azad olunmasını tələb edir. Eyni zamanda müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinin regiondakı sabitliyə təhlükə yaratdığını, problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq Silahlı Qüvvələrimizin, hərbi, müdafiə infrastrukturunun və sənayesinin yüksək səviyyədə inkişafını vurğulayaraq ölkəsinin bu təcrübədən istifadə edəcəyini deyib.

Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstan Respublikasının Azərbaycandakı hərbi attaşesi, polkovnik Almas Bazarbayev iştirak edib.
Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Zakir Həsənovun qəbulunda - FOTO

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler