» » İlham Əliyevə daha bir təşəkkür

İlham Əliyevə daha bir təşəkkür

Bölmə: Siyasət, BLOK XƏBƏR
İlham Əliyevə daha bir təşəkkür
“Beynəlxalq əsassız erməni İddiaları ilə Mübarizə Dərnəyi”nin (ASİMDER) sədri Göksel Gülbey Azərbaycan prezidenti İlham Əliyevə Çexiyada Ermənistan prezzidentinə verdiyi cavaba görə, öz təşəkkürünü bildirib. ANS PRESS-in xəbərinə görə, yerli mətbuata müsahibə verən Gülbey İlham Əliyevin Sarqsayana verdiyi cavaba görə sevindiklərini bildirib.

“Cənab İlham Əliyev Türkiyə və Azərbaycanın bir bütün olduğunu və bir-birini dəstəkləyən iki dövlət bir millət olduğunu bir daha beynəlxalq arenada nümayiş etdirdi. Biz, ASİMDER olaraq Azərbaycanın prezidenti cənab İlham Əliyevə Ermənistan prezidenti, uşaq qatili Serj Sarqsayanın Türkiyəyə qarşı düşməncə açıqlamasına izn verməyərək öz ölkəsini müdafiə edirmişcəsinə Türkiyə Cümhuriyyəti dövlətini müdafiə etdiyi üçün bütün üzvlərimiz və idarə heyətimiz adından təşəkkürümüzü bildiririk. Cənab Əliyev qardaşlığın sözdə yox, özdə olduğunu bir daha göstərdi. Ermənistan prezidenti, uşaq qatili Serj Sarqsyanı isə bu açıqlamalarına görə bir daha pisləyirik. Sarqsyan həmişəki kimi özünə yaraşan hərəkəti edib”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı Ermənistan prezidenti Serj Sarqsyanın Türkiyəyə qarşı qondarma “soyqırımı” ittihamları ilə çıxış etməsinin qarşısını almış, öz tutarlı cavabı ilə onu susdurmuşdu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler