» » Britaniyadan Moskvanın ideoloquna

Britaniyadan Moskvanın ideoloquna ağır zərbə

Bölmə: Siyasət, İqtisadiyyat, Dünya
Britaniyadan Moskvanın ideoloquna  Böyük Britaniya Maliyyə Nazirliyi Rusiya dövlətinə məxsus “Rusiya bu gün” (“Rossiya seqodnya”) beynəlxalq agentliyinin “Barclay's” bankındakı hesabını bağlayıb.

Xalqinfo.az bildirir ki, Publika.az RİA xəbər agentliyinə istinadən xəbər verir ki, bankın əməkdaşı hesabın bağlanmasının səbəbini açıqlamayıb.

“Rusiya bu gün” informasiya agentliyi 2013-cü ilin sonunda Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə yaranıb. Agentliyin baş direktoru isə məşhur rusiyalı jurnalist Dmitriy Kiselyov təyin olunub. Kiselyov hazırda Kremlin əsas ideoloqlarından biri hesab olunur.

Britaniya Maliyyə Nazirliyinin qərarına sərt reaksiya verən Kiselyov agentliyin maliyyə hesabının bağlanmasını senzura kimi qiymətləndirib.

Xatırladaq ki, Dmitri Kiselyov Krım hadisələri ilə əlaqədar 2014-cü ilin martında Avropa Birliyinin sanksiyaları siyahısına daxil edilib. Bundan daha əvvəl isə Kiselyov Rusiyanın nüvə potensialından danışaraq ABŞ-ı radioaktiv külə çevirməklə hədələyib.

“Rusiya bu gün” agentliyinin maliyyə hesabları iyunun ortalarında Fransada həbs edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler