» » "Antiazərbaycan təbliğatı ölkəmizə qarşı geniş şəkildə istifadə olunur"- MÜSAHİBƏ

"Antiazərbaycan təbliğatı ölkəmizə qarşı geniş şəkildə istifadə olunur"- MÜSAHİBƏ

Bölmə: Siyasət, İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Azərbaycan dövlətçiliyinin, demokratiyanın inkişafı üçün müxalifətin olması zəruridir.

"Antiazərbaycan təbliğatı ölkəmizə qarşı geniş şəkildə istifadə olunur"- MÜSAHİBƏMillət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutnun rəhbəri Əli Məsimli Xalqinfo.az-a müsahibə verib.
Həmin müsahibəni oxuculara təqdim edirik.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizə nə verə bildi?

Birinci Avropa Oyunlarında Azərbaycan yüksək iqtisadi potensiallı ölkə olmaqla yanaşı, həm də sürətlə inkişaf edən idman ölkəsi olduğunu da nümayiş etdirə bildi. Bununla belə düşünürük ki, bu cür mükəmməl təşkil edilən yarışları təkcə orada qazanılan müxtəlif əyarlı medalların sayı ilə ölçmək olmaz....Bu yarışlar Azərbaycanı dünyaya tanıdılmasını yeni mərhələləyə qaldırdı,...onun potensialını, tarixini, mədəniyyətini, incəsəntini, mətbəxini, xalqımızın qonaqpərvərliyini hərtərəfli şəkildə dünyaya nümayış etdirdi

Əli müəllim , siz necə düşünürsünüz, dolların məzənnəsi necə olacaq?

Dolların məzənnəsi həm dünya bazarında gedən proseslərin təsirindən, həm də neftin qiymətindən asılı olacaq....Neftin qiyməti aşağı düşməkdə davam etsə, dolların məzənnəsi qalxacaq.

2015 Parlament seçkilərində iştirak edəcəksinizmi?

Qismət olsa, 2015-ci ilin Parlament seçkilərində iştirak edəcəm,inşallah

Əli müəllim , indiki dairədən namizədliyinizi verəcəksiniz?
Şəkidə 3 dairə var, namizədliyimi onlardan birindən verəcəm.

Bəzi Beynəlxalq qüvvələrin Antazərbaycan təbliğatınn arxasında nə dayanır?

Antiazərbaycan təbliğatı Azərbaycana təzyiq göstərməyin bir üsulu kimi ölkəmizə qarşı geniş şəkildə istifadə olunur.

Millət vəkili olaraq Azərbaycan müxalifətinin fəaliyyətin necə qiymətləndirirsiz?

Azərbaycan dövlətçiliyinin, demokratiyanın inkişafı üçün müxalifətin olması zəruridir. Azərbaycan qanunvericiliyi çərçivəsində sivil mübarizə üsullarına əsalnan müxalifət fəaliyyətini müsbət qiymətləndirirəm.

Dünyada neftin ucuzlaşması bilərəkdən edilir yoxsa.....

-Neftin qiyməti bir sıra iqtisadi, siyası, geoiqtisadi, psixoloji, spekulyatıv amillərdən asılıdır.Müxtəlif vaxtlarda həmin amillərdən biri önə çıxıb, neftin qiymətinin qalxıb-enməsinə daha çox təsir göstərə bilir.Hazırda neftin qiymətinə Ukrayna ətrafında yaranmış böhranlı vəziyyətin məntiqindən doğan geosiyasi amil daha çox təsir göstərir.Amerika Birləşmiş Ştatları və Avropa Rusiyanın Krımı ilhaq edib, Ukraynanın şərqində separatizmi dəstəkləməklə yaratdığı təhlükəni aradan qaldırmaqdan ötrü Rusiyaya müxtəlif yönlü sanksiyalar tətbiq edir.Neftin qiymətinin aşağı düşməsi xeyli dərəcədə bu məsələnin tərkib hissəsidir.Qərb Rusiyanın ən zəif nöqtəsinə vurmaqla, yəni iqtisadiyyatı neftdən asılı olan Rusiya iqtisadiyyatını bu üsulla çökdürməklə Ukraynadan əlini çəkdirməyə məcbur etmək istəyir.

-İpoteka kreditləri və sizin səsləndirdiyiniz xalq evləri layihəsi gənclərimizi nə vaxt sevindirə bilər?

Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və 8 faiz dərəcəsi ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və 4 faiz dərəcəsi ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.Bununla əlaqədar olaraq biz, həm Milli Məclisdə, həm də kütləvi informasiya vasitələrində ipoteka kreditlərinin şərtlərinin yumşaldılması ilə bağlı təkliflər vermişik.İpoteka kreditlərinin məbləğini o səviyyəyə qaldırılmasını təklif etmişik ki, həmin məbləğə heç olmasa 2 otaqlı ev almaq mümkün olsun. Çünki hazırda kreditin maksimal məbləği evlərin qiyməti ilə uyğunluq təşkil etmir, ən yaxşı halda bir otaqlı mənzil almağa yetir.İkincisi,ilkin odənişin aradan qaldırılması üçün xüsusi fondun yaradılmasını və ya başqa üsulla bu sahədəki problemin həllini vacib hesab etmişik.Üçüncü, sosial ipotekada faiz dərəcəsinin 4 faizdən 2 faizə, adi ipotekada isə 8 faizdən 5 faizə endirilməsini zəruri hesab edirik.İpoteka kreditləşməsinin regionlara tətbiqi istiqamətində atılmağa başlayan ilk addəmların sürətləndirilməsini təklif edirik ki, Bakıdan əlavə digər şəhərlərimizdə və rayonlarımızda yaşayanlar da ipoteka krediti al bilsinlər.Bundan əlavə, ipoteka ipoteka kreditləşməsi ilə parallel gənclər, gənc ailələr üçün “sosial evlərin” tikilməsini təklif etmişik.İndi kirayədə qalan gənc ailə hər ay 300-500 manat kirayə haqqı ödəyir.Ölkədə orta əmək haqqının 450 manat ətrafında olduğu bir şəraitdə,hər gənc ailə bu qədər kirayə haqqının altına girə bilmir.Digər tərəfdən, hazırkı ipoteka şərtləri ilə kredit alanların bir hissəsi də ağır duruma düşürlər.Mən bu yaxındarda ipoteka krediti alan bir şəxsin borcunu ödəmə qrafikinə baxdım.İpoteka krediti alan şəxs ayda 386 manat ödəməklə 25 il(300ay) ərzində həm aldığı 50 min manatı, həm də bundan əlavə faiz kimi 65 min manatdan çox,yəni üst-üstə 115 min manatdan çox pul ödəməlidir. Razılaşaq ki,gənc ailə üçün bu kifayət qədər ağır yükdür.Ona görə də biz təklif etmişik ki, sosial evlər tikilib gənc ailələrə verilsin.Həmin ailə ipoteka şərtlərində olduğu kimi, ayda 400-500 manat yox,60-70 manat, maksimum 100 manat ödəməklə sonda,yəni 20-25 ildən sonar bu evin sahibi olsun.Hazırda həm ipoteka kreditlərinin şərtlərinin yümşaldılması,onun əlçanlığının təmin edilməsi, həm də “sosial evlər” layihəsinin həyata keçirilməsi istiqamətində iş gedir.
ardı var...
Kainat Şirin
Xalqinfo.az

"Antiazərbaycan təbliğatı ölkəmizə qarşı geniş şəkildə istifadə olunur"- MÜSAHİBƏ

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler