» » Azərbaycan XİN rəhbəri Xorvatiyanın prezidenti ilə görüşüb

Azərbaycan XİN rəhbəri Xorvatiyanın prezidenti ilə görüşüb

Bölmə: Siyasət
Azərbaycan XİN rəhbəri Xorvatiyanın prezidenti ilə görüşüb
Xorvatiyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə görüşüb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.Məmmədyarov prezident seçilməsi münasibətilə xanım K.Qrabar-Kitaroviçə Azərbaycan prezidenti İlham Əliyevin səmimi təbrikini və salamlarını çatdırıb. Xorvatiya prezidenti səmimi təbrikə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib və prezident İlham Əliyevə salamları və ən xoş arzularının yetirilməsini xahiş edib.

Görüş zamanı Azərbaycanla Xorvatiya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya rəsmi səfərinin və səfər çərçivəsində “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi”nin imzalanmasının ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etdirilməsi üçün əlverişli siyasi zəmin yaratdığı qeyd olunub.

Həmçinin görüş zamanı Azərbaycan və Xorvatiya hökumətləri arasında iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədilə yaradılmış birgə iqtisadi əməkdaşlıq üzrə komissiyanın ilk iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler