» » Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılmasına dair məsləhətləşəcəklər

Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılmasına dair məsləhətləşəcəklər

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılmasına dair məsləhətləşəcəklərXəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin komandanları məsləhətləşmələrin birinci raundunun oktyabrda Rusiyada keçirilməsinə dair razılığa gəliblər.

Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı Viktor Çirkov Azərbaycan, İran və Qazaxıstan HDQ komandanları ilə Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması ilə bağlı oktyabrda Rusiyada məsləhətləşmələrin aparılmasına dair razılığa gəlib. Xalqinfo.az bildirir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi Sankt Peterburq Beynəlxalq Hərbi-Dəniz Salonu çərçivəsində admiral Çirkovun Azərbaycan, İran və Qazaxıstanın nümayəndə heyətləri ilə keçirdiyi işgüzar görüşü zamanı müzakirə olunub.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər məşvərətçi orqan olacaq Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin Komandanları Komitəsinin təsis olunmasının və Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Sazişin imzalanmasının mümkünlüyünü müzakirə ediblər.

“Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Viktor Çirkov ilə görüş zamanı nümayəndə heyətləri qeyd olunan istiqamətlər üzrə bundan sonra da birgə işləməyə hazır olduqlarını bildiriblər və oktyabrda Rusiyada müvafiq məsləhətləşmələrin birinci raundunun keçirilməsinə dair razılığa gəliblər”, deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler