» » Putinin arzusu ürəyində qaldı

Putinin arzusu ürəyində qaldı

Bölmə: Siyasət, Dünya, MANŞET
Putinin arzusu ürəyində qaldıQərb iqtisadi sanksiyalarla Rusiyanı parçalamağa çalışsa da, onların bu planı baş tutmadı. Xalqinfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik şurasının iclasında çıxışı zamanı belə bir açıqlama verib. Putin bildirib ki, Qərbin Rusiyaya qarşı təzyiqlərinin əsas səbəbi Rusiyanın müstəqil siyasət aparmasıdır.

“Rusiyaya qarşı təzyiqlərin səbəbi məlumdur. Biz müstəqil xarici və daxili siyasət aparırıq. Biz suverenliyimizi satmırıq. Heç də hər kəsin bundan xoşu gəlmir. Lakin biz başqa cür edə bilmərik. Rusiyaya qarşı bəzi çətinliklər törətmək gözlənilən nəticələri vermədi.

Qərb Moskvaya qarşı tədbiq olunan sanksiyaların əsas səbəbi kimi Rusiyanın Krımı birləşdirləşdirməsi və Ukraynanın şərqində hökumətə qarşı çıxan üsyançılara dəstək olmasını göstərir.

Lakin Rusiya indiyə qədər sanksiyalar qarşısında geri addım atmayıb və Qərbin bu siyasətinə qarşı elə sanksiyalarla da cavab verir.

Avropa ölkələrinin Rusiyaya qarşı saksiyaları ötən ilin avqust ayından qüvvəyə minib. Bu ilin iyun ayında isə sanksiyaların müddəti daha bir il uzadılıb. Sanksiyalar çərcivəsində bir sıra qərb ölkələri Rusiya ilə demək olar ki, iqtisadi əlaqələrini kəsib.

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib ki, Avropa İttifaqı sanksiyaları uzatsa, Moskva Aİ ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalına qoyulmuş embarqonu genişləndirəcək.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler