» » Prezidentlər Rusiyada

Prezidentlər Rusiyada

Bölmə: Siyasət, Dünya
Prezidentlər Rusiyada Rusiya Dövlət Başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani önümüzdəki həftə Rusiyada bir araya gələcək.


Xalqinfo.az-ın məlumatına görə, “Qafqazinfo” CİHAN-a istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

İkitərəfli görüş Ufa şəhərində baş tutacaq. Peskov “Ufa şəhərində 9-10 iyul tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Putin və Ruhaninin görüşməsi gözlənilir”- deyə yazılı açıqlama yayıb.

Qeyd edək ki, Çinin Şanxay şəhərində 1996-cı ildə Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın qurduğu “Şanxay Quintet” 2001-ci ildə Özbəkistanın da daxil olması ilə Şanxay Əməkdaşlıq Təşkilatına çevrildi.

Hindistan, İran, Monqolustan və Pakistanın müşahidəçi üzv olduğu ŞƏT, 2008-ci ildə aldığı qərarla “dialoq ortaqlığı” statusu meydana gətirdi.

Türkiyə də 2013-ci ildə təşkilata dialoq ortağı statusu ilə daxil oldu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler