» » Ərdoğanla Davudoğlu

Ərdoğanla Davudoğlu israrlıdır ki ...

Bölmə: Siyasət, Dünya
Ərdoğanla DavudoğluBu gün Türkiyənin Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

Xalqinfo.az bildirir ki,Publika.az “Milliyyət” nəşrinə istinadən istinadən verdiyi xəbər görə, toplantıda Suriyanın şimalında baş verənlər və Türkiyə Silahlı Qüvvələrinin Suriyaya müdaxiləsi variantları müzakirə olunacaq.

Məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu Suriyaya müdaxilə edilməsində israr edirlər. Silahlı Qüvvələr isə ehtiyatlı davranmağın tərəfdarıdır. Ordu hesab edir ki, Suriya, İran, Rusiya və ABŞ ilə razılaşma təmin edilmədən Suriya torpaqlarına müdaxilə ölkəni çətin vəziyyətə sala bilər. “Milliyyət” nəşri strateji mövzularda fikir ayrılıqlarının olduğunu, amma əməliyyata başlanılan zaman fikir ayrılıqlarının aradan qalxacağını yazıb.

Deyilənə görə, Türkiyənin lap əvvəldən “təhdid” hesab etdiyi PYD-nin Tel-Abyad şəhərini ələ keçirərək Suriyanın şimalındakı Kobani və Cizire kantonlarını birləşdirməsi, eyni zamanda Afrin kantonu ilə Kobani arasındakı Cerablus vilayətini ələ keçirmək istəməsi Ankarada çoxdan hazır olan ssenariləri yenidən aktullaşdırıb. Bildirilir ki, PYD Cerablusda nəzarəti təmin edəcəyi halda Cizire, Kobani və Afrin kantonlarını birləşdirəcək və “dövlətləşmə”yə doğru önəmli bir addım atacaq. Türkiyə prezidenti bu günlərdə iştirak etdiyi bir iftar süfrəsində bildirib ki, Suriyanın şimalında dövlətin yaradılmasına imkan verməyəcəklər.

Suriyanın şimalında bir kürd dövlətinin yaradılması həm Ankaranın Suriya böhranının həlli üçün ortaya atdığı “Suriyanın bütövlüyünün təmin edilməsi üçün ölkənin şimalında etibarlı bölgənin yaradılması” tezisini boşa çıxarır, həm də “terrorçu” hesab etdiyi bir təşkilatın qurduğu “dövlət” Türkiyə ilə həmsərhəd olur. Ankaranın problemləri bununla da bitmir. Cerablus uğrunda baş verəcək şiddətli döyüşlər Türkiyə doğru yeni köçün başlanmasına gətirib çıxaracaq.

Ankaranın Suriya ilə bağlı variantlardan biri Türkiyənin təkbaşına Kobani və Afrin arasında etibarlı bölgəni yaratmasıdır. İki kanton arasında yerləşən Cerablus vilayətinin Türkiyə ilə təxminən 110 kilometrlik sərhədi var. Suriyanın içərilərinə doğru 10 kilometrlik etibarlı bölgənin yaradılması, hərbi əməliyyatların isə Suriya ərazisinin təxminən 30 kilometr dərinliyində aparılması planlaşdırılır. Bu varianta ordunun mənfi baxdığı deyilir.

Tel-Abyadı itirən İŞİD hazırda Azad Suriya Ordusunun nəzarətindəki Mare xəttini ələ keçirmək istəyir. Bu xətt Ankara üçün strateji əhəmiyyət daşıyır. Ankara Azad Suriya Ordusunun Mare xəttindən irəliləyərək Cerablusu nəzarət altına alması ilə həm İŞİD-in, həm də Dəməşq rejiminin nəfəs yollarını kəsə biləcəyini düşünür.

Ankarada müzakirə olunan daha bir variant Türkiyə-Suriya sərhədində atəş məsafəsi 40 kilometr olan topların yerləşdirilməsidir. Ankara bununla da bölgəyə nəzarət etmək və Azad Suriya Ordusuna daha rahat hərəkət etmək üçün meydan yaratmaq istəyir.

Türkiyədə isə ordunun Suriyaya müdaxiləsinə qarşı səslər yüksəlməkdədir. Türkiyə Baş qərargahının keçmiş rəhbəri İlker Başbuğun fikrincə, Suriyadakı vəziyyət İraqdan tamamilə fərqli olduğu üçün tələm-tələsik verilmiş qərar ağır nəticələrə gətirib çıxara bilər: “Suriya ilə aramızda 911 kilometrlik sərhəd xətti var. Ancaq Suriya sərhədində hazırda PYD, İŞİD, Azad Suriya Ordusu və “Əl-Nüsra” kimi qruplar var. Bu, ölkənin təhlükəsizliyi baxımından sonra dərəcə dəhşətli bir vəziyyətdir. Əgər Suriya torpaqlarında etibarlı bir bölgə yaradılmasını istəyiriksə, bunun üçün mütləq Suriya ilə təmas qurmağımız lazımdır”.

“Suriya girmək çox asandır, oradan çıxmaq mümkün deyil”, - İlker Başbuğ əlavə edib.

Türkiyədə internetin fenomeni sayılan “Fuat Avni” isə “Tvitter” hesabından şok bir iddia irəli sürüb. Onun yazdığına görə, Türkiyə hazırda Suriya müdaxilə etmək üçün İsraillə görüşür.

Qeyd edək ki, Türkiyə və İsrailin xarici siyasət idarəsinin nümayəndələri İtaliyada gizli görüş keçiriblər. Görüşdə Türkiyə Xarici İşlər Nazirliyinin məsləhətçisi Feridun Sinirlioğlu və İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Dore Gold iştirak edib. Medianın iddiası sonradan Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən də təsdiq edilib. Görüşün təfərrüatları isə açıqlanmayıb.

“Fuat Avni” isə hesab edir ki, gizli görüşdə müzakirə olunan məsələlərdən biri də Suriyaya hərbi müdaxilə olub: “Daha əvvəllər Təl-Əvivdə səfir olan Sinirlioğlunun İsraillə xüsusi əlaqələri var və Türkiyənin İsraillə əlaqələrini həyata keçirən yeganə şəxsdir. Sinirlioğlunun İsrail tərəfi ilə görüşməsi “Mavi Mərmərə” böhranı ilə bağlı deyil. Türkiyənin İsraildən tək istəyi Suriyaya müdaxilə edəcəyi halda İsrailin ona dəstək verməsidir. Sinirlioğlunun təqdim etdiyi hesabata görə, İsrail Suriyaya müdaxiləyə qarşı çıxmayacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler