» » Moskva Serji erməni biznesmenləri ilə

Moskva Serji erməni biznesmenləri ilə qarşı-qarşıya qoydu

Bölmə: Siyasət, Dünya
Moskva Serji erməni biznesmenləri ilə Rusiyanın "İnter RAO EES" (Rusiya Energetika və Elektirikləşmə üzrə Açıq tipli Səhmdar Cəmiyyəti) şirkəti “Ermənistan Elektrik Şəbəkəsi” şirkətini satmağa hazırdır.

Xalqinfo.az bildirir ki, Publika.az-ın “Kommersant” nəşrinə istinadən xəbər verir ki, məlumatlı mənbələr danışıqların erməni mənşəli Rusiya biznesmenləri ilə aparıldığını bildiriblər.

Nəşrin məlumatına görə, "İnter RAO EES” şirkəti “Taşir” şirkətləri qrupunun prezidenti Samvel Karapetyan və digər erməni mənşəli Rusiya biznesmenləri ilə danışıqlar aparır. Amma "İnter RAO EES” şirkətindən sözügedən informasiyanı şərh etməkdən imtina ediblər. “Taşir” şirkətlər qrupunun İrəvan nümayəndəliyindən informasiya təkzib edilib, şirkətin Rusiyadakı ofisindən isə bildiriblər ki, belə bir informasiyaya malik deyillər.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan iyunun 27-də “Ermənistan Elektrik Şəbəkəsi” şirkətinin milliləşdirilə biləcəyini deyib.

Şirkətin Samvel Karapetyana satışı haqqında informasiyanı hələ mart ayında Ermənistanın “Aykakan jamanak” qəzeti verib. Amma informasiya təkzib edilib. Mayın əvvəlində Samvel Karapetyanın qardaşı, Ermənistan parlamentinin deputatı Karen Karapetyan bildirib ki, “Taşir” hələ şirkətin alınması məsələsinə baxmır.

Karapetyan “Forbes”in versiyasına görə, Rusiyanın ən zəngin biznesmenlərinin siyahısında 26-cı yer tutur. Onun rəhbəri olduğu “Taşir” şirkətlər qrupunun sərvəti 4 milyard dollar qiymətləndirilir.

“Ermənistan Elektrik Şəbəkələri” 1997-ci ildə qeydə alınıb və 2002-ci ildə özəlləşdirilib. Şirkət 2005-ci ildə Rusiyanın "İnter RAO EES” şirkətinin nəzarətinə keçib. 2014-cü ilin nəticələrinə görə, şirkətin zərəri 22,6 milyon dollar təşkil etdi. Hazırkı məlumata görə, şirkətin 300 milyon dollar borcu var. Elektrik enerjisinin tariflərinin artırılması da məhz şirkətin borc bataqlığında olması ilə izah edilir. Serj Sərkisyan iyunun 27-də keçirdiyi müşavirədə bildirib ki, elektrik enerjisinin tarifləri artırılmasa ölkənin enerji şəbəkəsi çökə bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler