» » Prezidentlər görüşəcək

Prezidentlər görüşəcək

Bölmə: Siyasət
Prezidentlər görüşəcək

ATƏT-in Minsk qrupunun çağırışında Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevin və Serj Sarkisyanın görüşünün təşkili məsələsi durur.

ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlik bildirib.

O, Azərbaycan mətbuatına müsahibəsində deyib ki, biz tərəflər arasında dialoqu intensivləşdirməyə razılaşdırmışıq. Ümidvaram ki, prezidentlər arasında növbəti görüş bu il olacaq. Mən danışıqların dalana dirənməsi fikri ilə razılaşmıram.

C.Uorlik deyib: "İlham Əliyev və Serj Sarkisyan müharibə istəmirlər. İndiyədək baş tutan bütün danışıqlar prosesində münaqişənin sülh yolu ilə nizama salınması üçün imkan yaransa da, lakin bundan səmərəli istifadə edilməyib. İndi bunun üçün yeni imkan yaranıb və bundan səmərəli istifadə etmək lazımdır."

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında son görüş ötən il oktyabrın 27-də Parisdə baş tutub. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler