» » Rəsmiləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Rəsmiləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (Fotolar)

Bölmə: Siyasət, BLOK XƏBƏR
Rəsmiləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Rəsmiləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edibXalqinfo.az bildirir ki,Azərbaycanda rəsmi səfərdə olan Lixtenşteyn parlamentinin sədri Albert Frik iyunun 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Lixtenşteyn parlamentinin sədri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.



Rəsmiləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Mənbə
http://azertag.az/xeber/Lixtensteyn_parlamentinin_sedri_ulu_onder_Heyder_Aliyevin_mezarini_ve_Sehidler_xiyabanini_ziyaret_edib-867438

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler