» » Baş nazirdən xalqa müraicət:Yunan milləti təhqir olunur

Baş nazirdən xalqa müraicət:Yunan milləti təhqir olunur

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR, MANŞET
Aleksis Tsipras xalqa televiziya müraciətində iyulun 5-də referendum keçiriləcəyini bəyan edib.
Baş nazirdən xalqa müraicət:Yunan milləti təhqir olunurYunanıstanda iyulun 5-də referendum keçiriləcək.

Xalqinfo.az-ın məlumatına görə, bunu Yunanıstanın baş naziri Aleksis Tsipras xalqa televiziya müraciətində deyib. Onun sözlərinə görə, vətəndaşlar referendumda "Yunanıstan ölkəyə daha sonra da maliyyə yardımı göstərmək istəyən beynəlxalq kreditorların şərtlərini qəbul etməlidirmi?" sualına cavab verəcəklər.

O, Brüsseldə kreditorlarla aparılan danışıqlardan bir neçə saat sonra xalqa müraciət edib. Bu danışıqlarda kreditorlar Yunanıstana maliyyə verilməsini daha beş ay uzatmaq müqabilində islahatlar aparılmasını istəyiblər. Hərçənd Afina üçün bu gün başlıca dəfedilməz problem dövlət sektorunda çalışanların və xüsusi təqaüdlərin azaldılmasıdır.

A.Tsipras kredit verənlərin təklifini faciəvi adlandıraraq deyib ki, onlar Yunanıstandan vergilərin artırılmasını, maaş və təqaüdlərin azaldılmasını tələb edirlər. Bu tələblər millətin təhqir edilməsi deməkdir.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel kreditorların son təklifini olduqca səxavətli adlandırıb. Afinaya maliyyə yardımı ilə bağlı qüvvədə olan razılaşma iyunun 30-da başa çatır. Bu razılaşma uzadılmasa, Yunanıstan son kredit tranşını ala bilməyəcək və yaxın həftələrdə defolt elan etməyə məcbur qalacaq.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler