» » “Bu şəbəkə çox genişdir” –

“Bu şəbəkə çox genişdir” – Millət vəkili

Bölmə: Siyasət
“Bu şəbəkə çox genişdir” –
“Xalqinfo” xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyası cıra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına belə deyib. Siyavuş Novruzov bildirib ki, vətənə xəyanət edən şəbəkə üzvlərindən bir qrupu xarici ölkələrə qaçmaq istəyir, digərləri Azərbaycandakı xarici ölkə səfirlərinə sığınır, diplomatları məsələyə qoşurlar. YAP icra katibinin müavini qeyd edib ki, istintaq getdiyinə görə hakimiyyət rəsmiləri xarici ölkələrə işləyən şəbəkənin fəaliyyəti haqda geniş danışmamağı üstün tuturlar: “Biz geniş açıqlama vermək istəmirik. İstintaq başa çatanda burada hansı qüvvələrin maraqlarının olduğu, həmin şəbəkəyə kimlərin, hansı ölkələrin maddi, siyasi, texniki dəstək verdiyi, onları kimlərin ortaya atdığı bəlli olacaq. Həmin qüvvələrin dəstəyi nəticəsində vətənə xəyanət edən şəbəkə müxtəlif təşkilatlara, qurumlara Azərbaycan haqda dəqiq olmayan, qərəzli informasiyalar, hesabatlar göndərib, ölkənin imicinə zərbə vurmağa çalışıb. İstintaqın yekununda şəbəkənin arxasında duran qüvvələrin kimlər olduğu üzə çıxacaq. Həmin qüvvələr indi çox narahatdır”.

Hakim partiya rəsmisi hesab edir ki, Azərbaycan sovet sistemdən çıxıb müstəqillik qazandığı dövrdə müxtəlif dövlətlərin kəşfiyyat orqanları yaranmış boşluqdan istifadə edib və indi üzə çıxarılan şəbəkə ölkə müstəqillik qazandığı ilk illərdən fəaliyyət göstərir. O qeyd edib ki, xarici kəşfiyyat əvvəllər onlara işləyən qüvvələrdən istifadə edir: “Milli azadlıq hərəkatı zamanı və sonrakı dövrlərdə xarici ölkələrin kəşfiyyatları öz nümayəndələrini müxtəlif təşkilatlara yerləşdiriblər. Bəzi hallarda təşkilatın rəhbərləri də xarici kəşfiyyata işləyirdi. Bu proses hazırda da davam edir. Bəzi partiyaların rəhbərləri, xüsusən də QHT sektorunda çalışan bəzi şəxslər xarici ölkə kəşfiyyatına xidmət edirlər.

İndi xarici kəşfiyyatın öz maraqlarını siyasi partiyalar vasitəsilə həyata keçirməsi bir o qədər də asan deyil. Ona görə də QHT sektoruna üstünlük verirlər. Əvvəla, QHT-ləri maliyyələşdirmək daha asandır, bununla bağlı qadağalar yoxdur, müxtəlif layihələr vasitəsilə onlara pul vermək mümkündür. Amma qanun siyasi partiyaların xaricdən maliyyələşdirilməsini qadağan edir. İkincisi, QHT-ləri müxtəlif yerlərə göndərmək, hansısa adlar altında gizlətmək daha rahatdır. Həmin qüvvələr QHT-lər vasitəsilə Azərbaycan əleyhinə iş aparmağa başlayıblar. İndi də hüquq mühafizə orqanları onları ifşa edib”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler