» » İsrail baş naziri Ərdoğandan 3 il sonra üzr istədi

İsrail baş naziri Ərdoğandan 3 il sonra üzr istədi

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR, MANŞET
İsrail baş naziri Ərdoğandan 3 il sonra üzr istədiİsrailin ABŞ-dakı sabiq səfiri Mixael Orenin xatirələrini qələmə aldığı "Müttəfiq" adlı kitabında ölkəsinin baş naziri Benyamin Netanyahunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan 2010-cu ildə “Azadlıq donanması”na (“Mavi Mərmərə”) silahlı hücum nəticəsində 9 Türkiyə vətəndaşının ölümünə görə rəsmi şəkildə üzr istədiyini qeyd edib.


Xalqinfo.az bildirir ki,Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, sabiq səfir qeyd edir ki, həmin dövrdə ABŞ-ın dövlət katibi olmuş Hillari Klinton prezident Barak Obamanın adından "Mavi Mərmərə" hadisəsinə görə İsrail rəhbərliyinə narahatçılığını çatdırıb.


Kitabda qeyd olunur ki, Barak Obama İsrail rəhbərliyindən baş vermiş hadisəyə görə Türkiyədən üzr istəməsini istəyib. Bundan sonra isə İsrailin baş naziri Benyamin Netanyahu 2013-cü ilin martında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan üzr istəyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler